Rixard Vaqner
Mənim həyatım
432
əsərlərin nəşri böyük əziyyət tələb edirdi, çünki düzəliş və dəyişikliklər zəruri idi,
bununla belə, Leypsiqdə olan Herteldən Uliqin məqalələr toplusu üçün onun dul
qalmış arvadına yaxşı qonorar təklif edə biləcəyi ilə maraqlandım. Naşir cavab
verdi ki, heç onları havayı da çap etməyə girişməz, çünki belə şeylər heç bir gəlir
gətirmir. Artıq o zaman əmin oldum ki, məlum dairələrdə mənim xeyrimə qızğın
mübarizə aparan hər bir musiqiçiyə nə qədər nifrət edirlər.
27
Uliqin ölümü dostlarımın əlinə su müalicəsi məsələsində mənə qarşı böyük
əsas verdi. Herveq arvadıma gərgin məşqlərdən və bu qışın konsertlərindən məni
hər stəkan yaxşı şərabla qorumaq fikrini təlqin etdi. Tədricən az təsir edən qəhvə
və çaydan istifadəyə alışdım. Dostlarım sevinclə mənim yenidən adamlığa qayıt-
mağımı izləyirdilər. Həkim Ran-Eşer bizimlə dostlaşmışdı. Onun özü ilə rahatlıq
gətirməsi bizə çox xoş idi. Uzun illər ərzində o, mənim səhhətimin, daha doğrusu,
əsəb gərginliklərimin yaratdığı çətinliklərin öhdəsindən məharətlə gəldi. Fevralın
ortalarında mən tetralogiyamı daha geniş dinləyici kütləsinə oxumaq üçün dörd
axşam barədə düşünəndə o, öz metodunun səmərəliliyini sübut etdi. İlk axşamdan
sonra mən möhkəm soyuqlamışdım. Səhərisi kataral xırıltı ilə oyandım. Həkimə
dərhal bildirdim ki, qiraətin təxirə salınması mənim üçün çox xoşagəlməz olacaq:
Xırıltıdan tez bir zamanda qurtulmaq üçün nə edim?”. O, gün ərzində özümü
mümkün qədər sakit aparmağı məsləhət gördü. Axşam isti geyinib qiraət gecəsinə
gedə bilərdim. Orada əvvəlcə iki fincan açıq çay içməliydim. Qalan hər şey yoluna
düşəcəkdi. Amma ideyamla bağlı dərd-qəmə batsam, asanlıqla daha pis xəstələnə
bilərəm. Həqiqətən də, qiraət axşamı böyük ehtirasla keçdi. Üçüncü və dördüncü
axşam qiraətə davam etdim və artıq özümü tam sağlam hiss edirdim. Bu tədbirlər
üçün mən “
Baur au lac
mehmanxanasının böyük və geniş zalını kirayələmişdim,
onun getdikcə adamla dolmasına təəccüblə baxırdım, çünki yalnız kiçik dairədə
tanışlarımı dəvət etmişdim və bildirmişdim ki, ciddi maraq duya biləcək istənilən
adamı özləri ilə gətirə bilərlər. Tamamilə xoş təəssürat alındı. Universitetin cid-
di nümayəndələrinin və rəhbərliyinin məni qəbul etməsinə nail oldum, poema-
nın ideyası və eləcə də yaradıcı tərəfləri ilə bağlı fikirlər, çoxlu yaxşı rəylər eşit-
dim. Ayrı-ayrı təqdiredici mülahizələrin təmkinliliyi məndə xoş ovqat yaratdı və
rəhbər tutduğum ali tendensiyalar naminə bundan yararlanmağı qərara aldım.
Məsələyə ümumi səthi yanaşma dalğasında hər kəs məni teatr dünyası ilə təmasa
girmək üçün dilə tutmağı vacib hesab edirdi. Mən sağlam prinsiplərə əməl edərək
kasıb avadanlığı olan Sürix teatrını düz yola necə gətirmək barədə düşünürdüm.
Bu fikirlərimi “Sürixdə teatr” sərlövhəli məqalədə hamının nəzərinə çatdırdım.