433
Rixard Vaqner
Mənim həyatım
Təxminən yüz nüsxədə nəşr olunan məqalə bütünlüklə satıldı. Amma onun hər
hansı təsir göstərməsi barədə heç vaxt bir söz belə eşitmədim. Yalnız sonradan,
Musiqi cəmiyyəti”nin təntənəli ziyafətlərindən birində mənim fikirlərimin çox
yaxşı, amma təəssüf ki, gerçəkləşdirilməsi mümkünsüz olduğu barədə rəylər
səsləndi, çox hörmətli Ott-İmqolf bildirdi ki, o, bumövqe ilə heç də razı deyil. İdeya-
larımın həyata keçirilməsi üçün yalnız bir şey – mənim tearın rəhbərliyini üzərimə
götürməyə hazır olmağım çatışmır. Çünki o, bu ideyaların həyata keçirilməsini
başqa heç kəsə etibar edə bilmir. Amma bununla məşğul olmaq istəmədiyimi
bildirməyə məcbur oldum və məsələ bitdi. Qəlbimin dərinliyində isə etiraf etməli
idim ki, insanlardan nəsə tələb etməyə haqqım yoxdu.
28
Bu ara mənə maraq artırdı. Dostlarımın mənim əsərlərimi səhnədə görmək
arzularından qəti boyun qaçırmaqla sonunda səciyyəvi parçalardan ibarət top-
lu yığmağa razılaşdım. Lazımi dəstək göstərilərsə, bunları konsertdə ifa etmək
olardı. Bu məqsədlə abunə təşkil olundu və o, yaxşı nəticə verdi: bəzi məşhur
və zəngin incəsənət azarkeşləri xərcləri öz üzərlərinə götürdülər. Öz növbəmdə,
mən də orkestr üçün zəruri anqajamenti öz üzərimə götürdüm. Hər yerdən yax-
şı musiqiçiləri dəvət etməklə, uzun cəhdlərdən sonra müəyyən qədər təminedici
personal yığdığıma ümid edə bilərdim. Dəvət olunan musiqiçilər Sürixdə bir həftə
-
bazar günündən o biri bazar gününədək qalmalıydılar. Bu müddətin yarısını
onlar isitnasız olaraq məşqlərdə olacaqdılar. Çərşənbə günü axşam konsert baş
tutmalı idi, cümə günü və şənbə isə onun təkrarı olacaqdı. Bu günlər mayın 18,
20-
si və 22-sinə təsadüf edirdi, özü də 22-si mənim qırx yaşım tamam olacaqdı.
Xoşbəxtlikdən, bütün əvvəlki göstərişlərə dəqiqliklə əməl olunmuşdu. Mayns,
Visbaden, Frankfurt və Ştutqartdan, eyni zamanda Cenevrə, Lozanna, Bazel,
Bern və İsveçrənin digər əsas məntəqələrindən olan musiqiçilər bazar günü səliqə
ilə gəlməyə başladılar. Onları dərhal teatra göndərirdilər, burada onlar orkes-
tin yerləşmə planına əsasən öz yerləri ilə tanış olmalı idilər. Bu planı mən hələ
Drezdendə ikən kəşf etmişdim və o, burada öz yararlığını gözəl şəkildə təsdiqlədi,
səhərisi biz yubanmadan, heç bir maneəsiz məşqə başlaya bilərdik. Bu musiqiçilər
səhərdən axşamadək mənim ixtiyarımda olduqlarından iki gün yarım xüsusi
gərginlik olmadan onlarla “Uçan hollandiyalı”, “Tanhauzer” və “Loenqrin”dən
bir sıra əhəmiyyətli parçaları öyrəndik. Xoru seçmək mənim üçün xeyli çətin
oldu, amma nəticədə o da pis alınmadı. “Hollandiyalı”dan Sentanın partiyasını
çıxmaqla solo ifa tələb olunmurdu, bu partiyanı kapelmeyster Geymin xanımı qü-
sursuz çalışqanlıqla ifa elədi. Onun yaxşı səsi vardı, hərçənd, bu səsin üzərində