Rixard Vaqner
Mənim həyatım
434
işləmək lazım gəlirdi. Düzünü desəm, bütün bu iş ictimaidən daha çox patriarxal
xarakter daşıyırdı: mən musiqimin əsas özəlliklərini mümkün qədər göstərməklə
geniş dairənin səmimi istəyini təmin etmək istəyirdim. Bunun üçün isə mənim
poetik yaradıcılığımın əsas cəhətləri ilə tanışlıq tələb olunurdu, bu səbəbdən
də, konsertimdə iştirak etmək istəyənləri üç axşam “Musiqi cəmiyyəti”nin zalı-
na dəvət etməli oldum. Onlara sonradan eşitməli olacaqları üç operanın mətnini
oxumaq istəyirdim. Bu dəvət böyük rəğbətlə qarşılandı və etiraf etməliyəm ki,
dinləyicilərim operanın tipik hissələrinin ifasına artıq xeyli hazırlıqlı gəlmişdilər.
Bu üç axşam konserti mənim üçün həm də onunla yaddaqalan oldu ki, özüm də
Loenqrin”dən hissələri ilk dəfə eşidirdim və özümə operanın introduksiyasında
alətlərin kombinasiyasının hansı təəssürat yaradacağı ilə bağlı anlayışa malik ol-
dum. Konsertlər arasında mənim şərəfimə sonradan Peştdə düzənlənəcək naharı
nəzərə almasaq, birinci və yeganə ziyafət verildi. “Musiqi cəmiyyəti”nin rəhbəri,
yaşlı nəslin təmsilçisi cənab Ott-Usterinin çıxışı məni çox mütəəssir etdi. O, öz
nitqində müxtəlif yerlədən toplanmş musiqiçilərin görüşünün əhəmiyyətini vur-
ğuladı, bunun məqsəd və hədəflərindən danışdı və əminliyini ifadə etdi ki, on-
lardan hər biri özü ilə belə bir təəssürat aparacaq: mən incəsənət sahəsində yeni
əhəmiyyətli hadisə ilə sıx və məhsuldar əlaqəyə girmişəm.
29
Bu konsertlərin yaratdığı həyəcan getdikcə daha böyuk vüsət alaraq, bütün
İsveçrəni dolaşdı. Uzaqdan gələcək təkrarlarla bağlı tələb və müraciətlər daxil
oldu. Məni əmin edirdilər ki, dinləyicilərin axınının azalacağından narahat olma-
dan cəsarətlə bu üç konserti gələn həftə bərpa edə bilərəm. Bu məsələ ilə bağlı
müzakirələr zamanı mən yorulduğumu və eyni zamanda, onlardan qeyri-adi kon-
sert istəyindən məhrum etmək istəmədiyimi, onlara marağın sönməsini arzula-
madığımı bildirəndə Hagenbuxun mənə göstərdiyi mənalı, qəti və enerjili dəstəyə
sevindim. Bayram başa çatdı və qonaqlar əvvəlcədən nəzərdə tutulmuş vaxtda
dağılışdılar.
Qonaqlar arasında Listi də görəcəyimə ümid edirdim. Bundan əvvəl, mart
ayında o, Veymarda bizim burada üç operadan ifa etdiyimiz hissələrdən ibarət
Vaqner həftəsi” təşkil etmişdi. Gəlmək üçün onun boş vaxtı yox idi, əvəzində, o,
iyulun əvvələrində məni ziyarət edəcəyinə söz verdi. Alman tanışlarımdan yalnız
Jüli Kummer və Emiliya Ritter vaxtında gəlib çıxdılar. Hər ikisi iyulun əvvəlində
İnterlakenə getmişdilər, mən də istirahətə ciddi ehtiyac hiss etdim, ayın sonunda
arvadımla ora dincəlməyə və əylənməyə getdik. Amma müntəzəm yağışlar bi-
zim orada oldğumuz müddətin üzərinə xoşagəlməz kölgə saldı. Əksinə, iyulun