435
Rixard Vaqner
Mənim həyatım
1-
dən biz öz tanışlarımızla məyusluq içində Sürixə geri dönməyi planlaşdıranda
əsl yay havası başladı. Biz bunu Listin İsveçrəyə gəlişinin əlaməti kimi sevinclə
yozduq, o, biz Sürixə qayıtdığımız vaxt dərhal ora gəldi. Əla ovqatda idi. Hər saatı
xatirələrlə zəngin gözəl bir həftə başladı. O zaman Eşer evləri adlanan binanın
ikinci mərtəbəsində geniş mənzil kirayələdim, buna qədər parterdə darısqal yerdə
qalırdıq. Ev sahibəsi xanım Ştokar Eşer mənə çox sadiq qadın idi, özünün də bəzi
istedadı vardı
(
o
,
akvarel sənətində diletant idi),
Eşer yeni mənzili gözəl tərtib etmək
üçün əlindən gələni elədi.
Mən xoş ev mühitinə meylimdən tam həzz alırdım. O, məndə su müali-
cəxanasındaqaldığımvaxtdanyaranmışdı və ehtiras səviyyəsinədəkartmışdı. Ope-
ralarıma artan sifarişlər sayəsində vəziyyətim qəfil yaxşılaşdığından, mənzilimi
xalçalarla və müxtəlif mebellərlə bəzədim. Hətta List burada olan atmosferdən
heyrətlənərək, mənzilimi “miniatür eleqantlıq” adlandırmışdı. İndi mən ilk dəfə
dostumun bəstəkarlıq istedadı ilə tanışlıqdan məmnunluq duyurdum. Fortepiano
üçün xeyli səs-küy qazanmış əsərlərilə yanaşı, onun yenicə bitirdiyi simfoniyaları,
ən başlıcası, “Faust” simfoniyasını böyük həvəslə öyrənirdik. Onun mənə təsiri
barədə sonradan Mariya fon Vittgenşteynə çap olunan məktubumda ətraflı yaz-
maq imkanı oldu. List barədə öyrəndiyim hər şeyə bərk və səmimi şəkildə sevinir-
dim və bu sevinc mənim özümə xeyirli təsir edirdi. Uzun müddətdən sonra mən
yenidən musiqi fəaliyyətinə başlamaq barədə düşünürdüm. Özünü bütünlükdə
yaradıcılığa və eyni zamanda, mənim əsərlərimin öyrənilməsinə və onların
cəmiyyətdə təbliğinə həsr edən dostumla çoxdan gözlədiyim görüşdən daha vacib
və əhəmiyyətli nə ola bilərdi?! Bu sevincli günlərdəki qaçılmaz dost və tanış axını
təkcə Herveqin müşayiətilə Firvaldştet gölünə gəzinti ilə pozuldu və bu gəzinti
zamanı Listin ağlına bizimlə birgə Qrütlidəki üç bulaqdan bruderşaft içmək kimi
gözəl bir fikir gəldi. Amma tezliklə List çıxıb getdi və söz verdi ki, payızda yenidən
mənimlə görüşəcək.
30
Onun gedişindən sonra özümü tərk olunmuş hiss edirdim, amma Sürix ic-
timai həyatı tezliklə mənə o zamanadək yaşamadığım əyləncəni yaşatdı. İfaçılar
dərnəyi mənə fəxri diplom verdi, bu kalliqrafiya möcüzəsi mənə məşəl yürüşü
zamanı təqdim olunmalı idi və olundu, bu yürüşə yerli cəmiyyətin mənə rəğbət
bəsləyən vəzifəli və fərdi şəxsləri cəlb olunmuşdu. Həqiqətən də, gözəl bir yay ax-
şamı musiqinin gur sədaları altında məşəlçilərin uzun dəstəsi Seltveqlə addımladı,
mən hələ belə mənzərə görməmişdim. Mahnıdan sonra şəhər dərnəyin prezidenti
təntənəli nitq söylədi. Bütün bunlar mənə təsir elədi, özüməxas sarsılmaz nikbin-