Rixard Vaqner
Mənim həyatım
436
lik dərhal təxəyyülümə hakim oldu: vacib nitqimdə bildirdim ki, mənim səmimi
planlarımın, mənim ideal yaradıcılıq cəhdlərimin gerçəkləşməsi üçün məhz Sü-
rixin bürger başlanğıcı əsasında dəstək verilməsi üçün heç bir maneə görmürəm.
Görünür, bu, kişi ifaçılar dərnəyinə xüsusi çiçəklənmə arzusu kimi qəbul olundu
və hamı mənim cəsarətli vədlərimdən razı qaldı. Amma bununla yanaşı axşamın
qui pro quo
əhvalı və məndə oyatdığı təəssürat gözəl və sevincli idi.
Lakin uzun müddət musiqi yaradıcılığından uzaq düşdükdən sonra hələ də
bəstəkarlıq fəaliyyətimin bərpası ilə bağlı dəfələrlə içimdə hiss etdiyim qorxu və
həyəcan qalırdı. Yaşadıqlarım və baş verənlər qarşısında güclü sarsıldığımı hiss
edirdim. Daimməni yaxalamaqda olan keçmişdəki hər şeydən qaçmağa meyl qəfil
yenidən canlandı. Anlayırdım ki, “Nibelunqlar”ın musiqisi kimi əsərə qayıtmaz-
dan öncə tamamilə yeni şəraitdə özümü sonuncu dəfə daha harmonik, indiki anın
çoxsaylı kompromislərindən azad mövcudluq qurmalıyam. Siyasi mühacir üçün
nə dərəcədə mümkündürsə, o qədər İtaliyaya səyahət barədə arzu edirdim. Mənə
daimi və qısqanc bir bağlılıq hiss edən dostum Vezendonkun sayəsində bunun
üçün lazımolan vəsaiti asanlqla tapdım. Amma payız havasına görə bu səyahətdən
imtina etdim, çünki həm də əsəblərimin qeydinə qalmalıydım, əks halda, bu mənə
İtaliyadan zövq almağa mane olacaqdı. Həkimin sərt tövsiyyətlərinə əməl etməli
idim və əvvəlcə Enqadindəki San Moris kurortuna getməyi qərara aldım.
31
Başıma tez-tez qəribə hadisələr gəlirdi. Başqalarının gündəliklərində sadəcə
kiçik səfər kimi qeyd olunan hadisələr məndə macəra xarakteri alırdı.
Chur
a səfər
zamanı da belə oldu: leysan yağış səbəbindən poçt karetaları dolmuşdu və biz yu-
banmalı olduq. Vaxtımızı hədsiz narahat mehmanxanada qiraət etməklə keçirdik:
mən Hötenin “Westöstlicher Divan” əsərini oxumağa başladım, bu əsər üçün Da-
umerin Hafizdən (
Hafiz Şirazi – red.)
tərcümələrindən istifadə olunmuşdu. Hələ də
bu poemaya şərhlərində Hötenin şərhlərdəki kəlamlarından elə bir şey xatırlaya
bilmirəm ki, Enqadinə səfər zamanı uzanan xoşagəlməz fasiləni yadıma salmasın
San Morisdə də bəxtimiz gətirmədi. Bugünkü rahat istirahət evi hələ tikilməmişdi
və biz yararsız bina ilə kifayətlənmli olduq. Bu, xüsusən də buramüalicə üçün deyil,
əylənmək üçün gələn Herveq üçün xoş deyildi. Amma tezliklə çılpaq, yalnız otlarla
örtülmüş dik yamaclarda bizi İtaliya vadilərinə aparan gözəl gəzintilər könlümü-
zü aldı. Samadenli məktəb müəllimini Pozetş-qletçerdə bələdçi tutanda daha ciddi
səyahətə başladıq. Öz gözəlliyi ilə Monblanı da kölgədə qoyan bənzərsiz Berninə
qalxarkən qeyri-adi gəzintidən məmnun qalacağımıza əmin olduq. Amma dostum
yoxuşu qalxmaqdan və sonra da əsrarəngiz qletçerdə irəliləməkdən hədsiz yorul-