437
Rixard Vaqner
Mənim həyatım
duğundan bu məmnunluğun dadını çıxara bilmədik. Qeyri-ixtiyari sakitləşdirən,
bütün döyünən insan orqanizmindən bitki həyatının donuqluğuna baxmağa çağı-
ran səhranın müqəddəsliyini yenidən, bu dəfə daha da güclü şəkildə hiss etdim.
Buzlaq dərəsində ikisaatlıq gəzintidən sonra, əziyyətli yolla geri qayıtmazdan
əvvəl ehtiyat götürdüyümüz azuqə və buz quyularda dondurduğumuz şampan
şərabı ilə toqqamızın altını bərkitdik. Geriyə yolu iki dəfə qət etməli oldum, çünki
qəfil Herveqi qorxu bürüdü və mən onun arxamca gəlməsi üçün eniş-yoxuşları
sınaqdan keçirməyə başladım. Biz qarşımıza çıxan ilk çoban komasında tapdığı-
mız dadlı südü içib özümüzə gələndə üzərimdə dağlıq ərazinin havasında hədsiz
yoruculuq olduğuna əmin oldum. Südü içmək məndə heç bir ağır fəsad yaratmadı
və biz buna təəccübləndik. İçmək və vanna qəbul etmək üçün tərkibində dəmir
olan cod sudan istifadə edəndə özümü eyni cür hiss edirdim: mənim tez oyanma-
ğa meyilli temperamentim onları xeyirdən daha çox zərərə çevirirdi. Istirahət saat-
larında Hötenin “
Wahlverwandschaften”
(“
Seçici doğmalıq”–red
.)
əsərini oxuyurdum,
bu kitabı yalnız ilk yeniyetməlik təəssüratlarımla xatırlayırdım. Kitabı sözbəsöz,
az qala, su kimi içdim. Bu Herveqlə aramda mübahisəyə səbəb oldu, o, böyük
ədəbiyyatımızın bilicisi kimi Şarlotta obrazını mənim hücumlarımdan qoruyur-
du. Ehtiraslı təbiətimməni əşyalara münasibətimin necə qəribə şəkildə qurulduğu
barədə düşünməyə vadar etdi. Qırx yaşıma rəğmən, qəlbimin dərinliklərində razı-
laşmalı idim ki, obyektiv nöqteyi-nəzərdən Herveq, daim ruh düşkünlüyünə qapı-
lan məndən fərqli olaraq, Hötenin əsəri barədə daha düzgün mühakimə yürüdür.
Herveq nə zamansa oxşar şeyi yaşasa, qətiyyətli arvadı ona dəstək olacaqdı, çünki
onların özünəməxsus münasibətləri vardı. Vaxtımız sona yaxınlaşırdı, anlayırdım
ki, müalicəyə xüsusi ümid bəsləmək əbəsdir və biz avqustun ortalarında Sürixə
qayıtdıq. Burada mən səbirsizliklə İtaliyaya səyahətə hazırlaşırdım.
32
Nəhayət, İtaliyaya səyahət üçün mənə xüsusi tövsiyyə olunan sentyabr gəlib
çatdı. Mübaliğəli gözləntilərimlə və axtardığımı tapmaq ümidilə Cenevrədən
yola düşdüm. Mon-Senidən təcili poçtla Turinədək getdim, yolda başıma maraqlı
macəralar gəldi. Bu şəhər heç xoşuma gəlmədi, iki gün sonra Genuyaya tələsdim.
Buradan aldığım gözəl təəssürat hələ də İtaliyanın qalan yerləri üçün darıxqanlığı-
mın qarşısını alır. Bir neçə gün az qala cənnətdəki kimi keçdi. Amma tam tənhalıq
məni bütün dünyadan təcrid etmişdi, sanki, bir də ətraf aləmlə təmasda olmaya-
caqdım. Hazırlığım olmadığından bədii incilərlə tanış olmaqdan müntəzəm həzz
ala bilmirdim: özümü, belə deyək, yalnız musiqili stixiyanın öhdəsinə buraxmış-
dım. Hər şeydən əvvəl, uzun müddət qalmaq və ətrafdan sakitcə həzz almaq üçün