Rixard Vaqner
Mənim həyatım
438
əlverişli yer tapmalıydım. Fikirlərim hələ də yaradıcılığım üçün harmonik sakitliyi
təmin edə biləcək sığınacağın tapılmasına yönəlməmişdi. Tezliklə dondurmadan
ehtiyatsız istifadə sayəsində yatalağa yoluxdum və ilk coşqunluq tutmalarımməni
haldan salan iştahasızlıqla əvəzləndi. Yaxınlığında yaşadığım limanın hədsiz səs-
küyündən xilas olmaq üçün özümə daha sakit yer axtarmalı oldum və Spesiya-
ya getməyi düşündüm. Bir həftə sonra paroxodla ora yollandım. Cəmi bir gecə
davam edən bu səfər qarşıdan əsən güclü külək sayəsində dərhal mənim üçün
çətinləşdi. Dəniz xəstəliyi yatalağı gücləndirdi. Bədbəxtlikdən, Spesiyanın darısqal
və səs-küylü küçəsində yerləşən ən yaxşı mehmanxanasında dayananda tamamilə
heydən düşmüşdüm, ayaqlarım üstə güclə dayanırdım. Qızdırma içərisində keçir-
diyim yuxusuz gecənin ertəsi özümü ətrafdakı sidr ağacları bitmiş təpəlikləri pi-
yada gəzməyə vadar etdim. Hər şey mənə boş və çılpaq görünürdü, bura nə üçün
gəldiyimi anlamırdım. Günortadan sonra dəhşətli dərəcədə yorğun halda qayıdıb,
yuxulamaq arzusu ilə özümü sərt çarpayıya sərələdim. Amma yuxum gəlmək bil-
mirdi. Hansısa
somnambulik haldaydım: qəfildən mənə elə gəldi ki, sürətlə axan
suya düşürəm. Onun şırıltısı mənə “Es-dur”un musiqi akkordlarını xatırladırdı.
O, dayanmadan məcazi orpeduloya çevrilirdi. Bu orpedulo artan sürətin melodik
fiqurasiyaları idi, amma təmiz üçlü Es-dur dəyişmirdi – onun davamlılığı, sanki,
mənim içərisinə düşdüyüm elementə sonsuz məna verirdi. Bu yaxıyuxulu haldan
qorxunc hisslə ayıldım: sanki dalğalar başımın üstündən keçirdi. Xəyalıma “Reyn
qızılı” uvertürası gəldi, onunla əlləşirdim, amma ona tam sahib ola bilmirdim.
Bunun mənim üçün nə anlama gəldiyini dərhal başa düşdüm: həyatın axını məni
xaricdən deyil, yalnız daxildən çəkib apara bilər.
Dərhal Sürixə qayıdıb, böyük əsər yaratmağa qərar verdim. Arvadımı te-
leqramla xəbərdar etdim və xahiş etdim ki, iş otağımı hazırlasın. Həmin axşam
Rivyera di Livante
dən Genuyayadək gedən dilicansa oturdum. Bütün gün ərzində
bir sıra xoş təəssüratlardan zövq almaq imkanım oldu. Gözlərim önündə canlanan
predmetlərin rəngləri – dağların qırmızı qayaları, səmanın və dənizin maviliyi,
şam ağaclarının yaşılı məni xüsusən heyrətə salırdı: yaxınlıqdan keçən öküz sü-
rüsünün heyranedici ağ rəngi mənə çox təsir etdi. Dərindən nəfəs alıb, öz-özümə
dedim: hisslərimi nəcibləşdirəcək şeylərdən istifadə edə bilməməyim nə qədər
kədərlidir! Genuyada yenidən xoş həyəcan hiss etdim. Düşünürdüm, əvvəllər ax-
maq zəifliyə aldanmamışam ki? Buna görə də ilkin niyyətimi gerçəkləşdirməyə
qərar verdim. Təsadüfən yaranan Nitsayadək məşhur
Rivyera di Ponente
boyunca
getmək imkanı ilə bağlı danışıqlar apardım. Amma ilkin plana qayıdan kimi mənə
aydın oldu ki, məndə canlanma və gümrahlıq yaradan İtaliyanı görməkdən aldı-
ğım sevinc dolu məmnunluq hissi deyil, işə başlamaq qərarıdır. Amma bu qərarı
dəyişməyə çalışanda dərhal yatalağın bütün əlamətləri ilə birgə əvvəlki halıma qa-
yıtdım. Nəhayət, mən nə istədiyimi anladım, Nitsaya səfərdən imtina edib, dayan-