439
Rixard Vaqner
Mənim həyatım
madan Alessandriya və Novaraya ən yaxın yolla, kənarda qoyduğum Borromey
adalarının yanından laqeydliklə keçib Sen-Qotarddan Sürixə qayıtdım.
33
Qayıdarkən bir şeyi arzulayırdım: dərhal böyük işə başlamaq. Amma ya-
xın zamanlarda Bazeldə Listlə görüşməyim lazım idi, bu, bir müddətə məni
məşğələlərimdən ayıracaqdı. Pis ovqatı dağıtmaq və əsəblərimi sakitləşdirmək
üçün bir neçə dəfə arvadımı ziyarət etdim, o, mənim İtaliyada uzun müddət qa-
lacağımı düşündüyündən, müalicə üçün
Bad am Stein
ə getmişdi. Mən daim bu və
ya digər müalicə üsullarını sınaqdan keçirmək kimi tövsiyyələrə əməl etdiyimdən,
kurortda bir neçə isti vanna qəbul etdim, bu, mənim yerindən oynamış əsəb
sistemimə çox pis təsir etdi. Nəhayət, Listlə Bazeldə görüşməli olduğum gün ye-
tişdi. O, Baden hersoqunun dəvətilə Karlsruedə musiqili bayramlarda orkestrə
dirijorluğu yenicə bitirmişdi, hersoq bizim əsərlərimizi layiqli ifada dinləyicilərə
təqdim etmək istəyirdi. Mənim özüm isə hələ Alman ittifaqı ərazisinə qədəm
qoymaq imkanı görmürdüm. Buna görə də List bizim görüşümüz üçün Baden
sərhədinə yaxın Bazel şəhərini seçmişdi ki, Karlsruedə toplaşan gənc dostlarımın
da məni şəxsən salamlamaq imkanları olsun. Mən şərtləşdiyimiz yerə gəldim. Ax-
şam “Üç kral” mehmanxanasının yeməkxanasında tamamilə təkcə oturmuşdum
ki, qəfil vestibüldən az saylı, amma güclü kişi xorunun “Loenqrin”dən kral fan-
farlarının motivinin səsini eşitdim. Qapılar açıldı və List başda olmaqla gənc dost-
larım göründülər. Sürixdə və San-Qallendə qaldığım müxtəlif məyusluqlarla kor-
lanmış müddətin sonunda yenidən Bülovla, eyni zamanda, İoahim, Petr Korneli-
us, Rixard Pol və Dionis Pruknerlə görüşdüm. List bildirdi ki, səhərisi onun dostu,
knyaginya Karolina fon Vittgenşteyn gənc qızı Mariya ilə Bazelə gələcək. Təbii
ki, Listdən gələn hər şey kimi görüşümüzün bütün sevinci xüsusi səmimiyyət
və alicənablıq möhürü daşıyırdı, bu görüş isə ağılsız şənlik xarakteri aldı. Ümu-
mi qarışıqlıq içərisində mən Polun da burada olduğunu gördüm, bizim ümumi
işimizin enerjili mübarizi kimi, o, Hoplit təxəllüsü ilə yazdığı məqalələrlə tanı-
nırdı. Mən hiss olunmadan bütün kompaniyanı tərk etdim və onu mehmanxana-
nın gözdən-könüldən uzaq bir otağında çarpayıda tapdım: başı ağrıdığından bir
qədər uzanmaq istəmişdi. Mənim bu münasibətlə təəssüfümü izhar etməyim onu
qəfildən sağaltdı. O,  çarpayıdan qalxdı,  məni əmin etdi ki, başağrısı keçib.  Mən
tez ona geyinməyə kömək etdim və biz yeməkxanadakı cəmiyyətə qoşulduq.
Gecəyarıyadək qalan müddət həddən artıq şən keçdi.