Rixard Vaqner
Mənim həyatım
440
34
Səhərisi bizim diqqət mərkəzimizə düşmüş xanımlar gələndə bayramımız
ən yüksək zirvəsinə çatdı. Knyaginya Karolina bizim maraqlarımızı bölüşürdü və
canlı temperamenti və səmimi marağı ilə bu illərdə onunla görüşən hamı kimi
bizdə də xoş təəssürat oyatdı. Bizi maraqlandıran dərin mənəvi problemlərə də,
şəxsi həyatın xırda təsadüfləri kimi eyni həssaslqla yanaşan bu qadın bizdəki ən
yaxşı hissləri üzə çıxardı. Knyaginyanın qızı da üzünün xəyalpərvər cizgilərilə
diqqəti özünə cəlb etdi. On beş yaşına yeni qədəm qoyan bu qız ilk çiçəklənmə
dövrünü yaşayırdı. O, tamamilə uşaq kimi geyinir, özünü uşaq kimi aparırdı. Bi-
zim mübahisələrimiz və ya sevincli etiraflarımızın gur səsi aləmi götürəndə, onun
tünd rəngli xəyalpərvər  gözləri gözəl, dərin, nüfuzedici ifadəsini saxlayırdı və biz
qeyri-ixtiyari hiss edirdik ki, o, bizi narahat edən vəzifələrin mahiyyətini təmiz
ağlı ilə dərk edir. Adamları dərhal öz əsərlərimlə tanış etmək zəifliyinə (
bu, Herveqi
çox
qıcıqlandırırd
ı) malik olan adam kimi məni asanlıqla “Nibelunqun üzüyü”nü
oxumağa dilə tutdular. Getmək vaxtı yaxınlaşdığından, bu məqsədlə bütünlükdə
Ziqfrid” silsiləsindən bir şey seçməli oldum. Amma List uşaqlarını görmək üçün
tezliklə Parisə yollanmalı idi və bütün kampaniya ilə onu Strasburqadək yola sal-
mağı qərara aldıq. Mən onun ardınca Parisə getdim, knyaginya isə qızı ilə birgə
Strasburqdan Veymara qayıtmalı idilər. Bizimbirgə səyahətimizin yerdə qalan qısa
saatlarında qadınlar onlara “Üzüklər”in digər hissələrini oxumağı xahiş etdilər.
Amma ətrafdakı səs-küy üzündən bunu etmək mümkün deyildi. Getmək vaxtı
çatanda List mənim otağıma gəldi, mən hələ çarpayıdan qalxmamışdım və mənə
dedi ki, xanımlar bizimlə Parisədək getməyi qərara alıblar.  O, üzündə təbəssüm
bildirdi ki, knyaginya “Nibeqlunqlar”ı sonadək dinləmək istəyən Mariyanın inad-
kar xahişindən sonra belə qərar verib. Bizim səyahətimizi qəfil uzadan və planla-
rımızı qəfil dəyişən bu şəraitin alicənab eksentrikliyi çox xoşuma gəldi.  Təəssüf
ki, biz kampaniyamızın kiçik üzvlərilə ayrılmalı olduq. Xüsusən, daim kənarda
dayanan bir az utancaq, bir az da təvazökar İoahimi səmimiyyətlə qucaqladım.
Bülov mənə izah etdi ki, onun mənə yanaşmada kədərli-təmkinli ovqatı mənim
Yəhudilik” barədə qalmaqallı məqaləmdir. İoahim öz kompozisiyalarından birini
ifa edəndə, ondan dostcasına narahatlıqla soruşmuşdu: bu, məndə yəhudi musi-
qisi təəssüratı yaratmayacaq ki? Bu mütəəssiredici məqam  məni hədsiz dərəcədə
ona bağladı.  Bundan sonra mən onu bir daha görmədim (
Bu sətirlər 1869-cu ildə
yazılıb
Vaqnerin qeydi
).
Sonradan İoahimin mənim və Listin düşmənləri sırasına
keçdiyini və orada möhkəm yer tutduğunu eşitdim və çox heyrətləndim. Almani-
yada qayıdan bütün gənc yoldaşlarımızı Baden yolunda şən macəra gözləyirdi: ic-
timai asayişi pozduqlarına görə polislə toqquşmalı olacaqdılar. Onlar şəhərin əsas