441
Rixard Vaqner
Mənim həyatım
küçələrində yürüş edərkən, “Loenqrin”dən fanfarları ifa edirdilər, dinc sakinlər
isə nə baş verdiyini anlamırdılar.
35
Parisə birgə səyahətimiz, orada qaldığımız müddət kimi, həyəcanlı dostlu-
ğun təəssüratları ilə zəngin idi. Böyük çətinliklə xanımlar üçün “
Hotel de Princes”
mehmanxanasında yer tapdıq, List mənə gecə saatlarında bulvarlarda, adamsız
küçələrdə gəzməyi təklif etdi. Düşünürəmki, bizimtəəssüratlarımız da, xatirələrimiz
kimi  fərqli idi. Səhərisi mən dostlarımızın otağına daxil olanda List ona məxsus
yumşaq təbəssümlə mənə bildirdi ki, knyaginya Mariya gözlənilən yeni qiraətlə
bağlı hədsiz narahatlıq keçirir. Paris şəxsən məni az maraqlandırırdı. Buna görə də,
nə qədər qəribə olsa da, ilk səhərimizi Parisin küçələrini gəzməzdən əvvəl Bazeldə
başladığımız dramın oxunması ilə keçirdik. Sonrakı gün “Nibelunqların üzüyü”nü
bitirənədək qiraətə davam etdik. Nəhayət Parisi gəzməyin növbəsi çatdı və qadınlar
muzeyləri ziyarət etməklə məşğulkən mən başağrısı üzündən öz otağımda tək otur-
mağa məcbur idim. Amma yenə də məni müxtəlif birgə əyləncələrdə iştirak etməyə
dilə tutmaq Listə müyəssər oldu. Parisdə olduğumuz ilk günlərdə o, “Şeytan Ro-
bet” üçün loja aldı, List bizim xanımlara məşhur Böyük operanı bütün təntənəsilə
göstərmək istəyirdi. Fikrimcə, Meyerbaxın musiqisini dinlədiyimiz zaman mənə
hakim olan pis əhval-ruhiyyə dostlarımızın ovqatına təsir etməyə bilməzdi. Amma
List nəsə xüsusi bir şey nəzərdə tutmuşdu. O xahiş etmişdi ki, frakda gəlim. Xahişini
yerinə yetirdiyim üçün məmnun idi, antraktda o, foyedə gəzişməyimizi təklif etdi.
Aydın idi ki, burada keçirdiyimiz xoş anlar barədə yeniyetməlik xatirələri qeyri-
ixtiyari onda hansısa illüziya yaradıb: o nə üçünsə kədərli tamaşanın antraktında
foyedə gəzişən tamaşaçıları görmək istəyirdi. Yorğun halda  xanımların yanına qa-
yıtdıq və heç birimiz bu gəzintinin nəyimizə lazım olduğunu anlamırdıq.
Məni və dostumu Bethovenin “Es-dur” və “Cis-moll” əsərlərini dinləməyə
dəvət edən Moren-Şevilyarın kvarteti mənə Konservatoriya orkestrində “Doqqu-
zuncu simfoniya”nı idarə edərkən yaşadığım təəssürat qədər güclü təsir elədi.
İncəsənətdə, mənalı, səylə çalışmaqla çox şeyin əldə edilə biləcəyinə bir daha
əmin oldum və bu, mənim sevincli heyrətimə səbəb oldu. Belə çalışqanlığın
sayəsində fransızlar dünyaya almanların üstündən küt etinazsızlıqla keçdikləri
saysız-hesabsız musiqi zənginliklərini bəxş etdilər. Etiraf etməliyəm ki, yalnız
həmin axşam mən “Cis-moll” kvartetinin mahiyyətinə vardım: onun melodik
quruluşu ilk dəfə qarşımda açıldı. Əgər Parisdə olduğum müddətdə həmin ax-
şamdan yaddaşımda təkcə bu xatirə qalsaydı belə, istənilən halda o, ömrümün
sonunadək qəlbimdən silinməyəcəkdi.