Rixard Vaqner
Mənim həyatım
442
36
Bununla belə, məndə dərin maraq oyadan başqa təəssüratları da qeyd edim.
Bir dəfə List məni Parisdə mürəbbiyyələrin nəzarəti altında yaşayan uşaqlarının
yanında ailəvi axşam yeməyinə dəvət etdi. Dostumu övladlarının – yeniyetmə qız-
larının və yeniyetməlik dövrünə yenicə qədəm qoyan balaca oğlunun əhatəsində
ilk dəfə görürdüm. Sanki, o özü də uzun illərdən sonra ona heç bir sevinc bəxş
etməyən, yalnız qayğı gətirən atalıq öhdəliklərinə anlayışsızlıqla yanaşırdı. Bura-
da yenə öz dramımı, bu dəfə sonuncu pərdəni – “Tanrıların ölümü”nü oxudum.
Beləliklə, bütün silsiləni başa çatdırdım. Qonaq gələn Berlioz çox mehribanlıqla və
iltifatla qiraəti dinləmək kimi ağır zərurətə tabe oldu. Səhərisi günü onun evində
keçirdik. Musiqi əvəzinə o, bizi səhər yeməyilə doyurdu. Onun bütün partituraları
qutulara yığılmışdı, çünki BerliozAlmaniyaya konsert turnesinə hazıraşırdı.Amma
List royal arxasına keçdi və ev sahibinin “
Benvenuto Çellini”
əsərindən hissələr ifa
etdi, Berlioz özü isə özünə məxsus soyuq-quru üslubla vokal partiyasını ifa etdi.
Onun evində məşhur Paris felyetonçusu Jül Janla tanış oldum, hərçənd, mənim
danışdığım fransız dilindən çox fərqlənən yöndəmsiz Paris jarqonu ilə diqqəti cəlb
edən bu adamın kim olduğunu bilmirdim. Onun danışığından bir kəlmə də anla-
madım. Məşhur fortepiano fabrikantı Erar da bizim şərəfimizə nahar verdi. Listin
özünün “
Palais Royal”
da verdiyi başqa bir ziyafətdə yenə onun uşaqlarını gördüm,
kiçik oğlu Dainel
öz zirəkliyi və atasına çox bənzəməsi ilə məndə dərin rəğbət
oyatdı. Qızları isə məndə hədsiz xeyli utancaq təəssürat yaradırdı. Görkəmli qadın
olan madam Kalergini də xatırladım, onu “Tanhauzer”in Drezdendəki ilk tama-
şasından sonra görməmişdim. Masada mənə birbaşa Lui Napaleon barədə sual
veriləndə mən hansı mühitdə olduğumu tamamilə unutmuşdum.Təbiətimə xas
qızğınlıqla, kəskin ifadələrlə dedim ki, heç bir qadının səmimi şəkildə sevmədiyi
kişidən böyük qəhrəmanlıq gözləmək olmaz, bu fikrim ümumi söhbətlərdə qarış-
qılıq yaratdı. List nahardan sonra bir neçə əsər ifa etdi, gənc Mariya Vittgenşteyn
mənim qüssəli təmkinliliyimə diqqət yetirdi. Başım möhkəm ağrıyırdı və bundan
başqa, özümü arasında hərlənməli olduğum bu cəmiyyətə yad hiss edirdim. Mari-
yanın diqqətindən, onun məni şənləndirməyə hazır olmasından təsirləndim. Məni
yoran səkkiz günün tamamında dostlarım Parisi tərk etdilər. Tamamilə heydən
düşdüyümdən, böyük işlər görmək üçün özümə gələnədək burada qalmağı
qərara aldım. Arvadımı Parisə dəvət etdim, sonra onunla birgə Sürixə qayıdacaq-
dım. Bir zamanlar xeyli çətin günlər yaşadığımız şəhəri ona göstərmək istəyirdim.
Minna gəldikdən sonra Kitts və Anders yavaş-yavaş bizdə tez-tez nahar etməyə
başladılar. Gənc bir polyak, cavanlıqda həyəcanlı bağlılıq və hörmət duyduğum
köhnə dostum qraf Vikenti Tışkeviçin oğlu bizi axtarıb tapdı. Bu oğlan mənim