443
Rixard Vaqner
Mənim həyatım
atası ilə tanışlığımdan sonra doğulmuşdu. Bütün müasir gənclər kimi, o, musiqini
həvəslə öyrənirdi. Öz orijinal hərəkəti ilə o, parislilərin diqqətini cəlb etdi. Gənc
adam Böyük Operanın rəhbərliyini məhkəməyə verdi, o, “Freyşüts” tamaşasına
bilet pulunun geri qaytarılmasını tələb edirdi, operanın ixtisar və təhrif olundu-
ğunu əsas gətirirdi. O, gözlədiyini eşitməmişdi, partituranı bildiyindən, admins-
trasiyanın hərəkət tərzini sadəcə olaraq, talan hesab etmişdi. Cənc adam jurnal çı-
xarmağı və orada Parisin tamaşaçılarının zövqünü alçaldan musiqi müəssisələrini
ifşa etməyi düşünürdü. Listin tanışlarından gənc knyaz fon Vittgenşteyn-Sayn,
mahir diletant-heykəltəraş məni ziyarət etməyə davam edirdi, o, medalyon üçün
məni tez-tez poza verməyə məcbur edirdi, Kittsin köməyilə knyaz, həqiqətən də,
uğurlu medalyon hazırladı. Mənimçün Kittsin dostu olan gənc həkim Lindeman-
la məsləhətləşmələr vacib idi, o, ilan zəhərinin xeyrinə hidroterapiyadan imtina
etməyimi istəyirdi. Paris aristokratiyasının himayəsi sayəsində o, dəvət etdiyi
həkimlərin iştirakı ilə hospitallardan birində özü üzərində təcrübələr keçirdi: o,
müxtəlif zəhərləri iynə ilə bədəninə yeridərək, onların təsirini yoxlayırdı. Həkim
əmin edirdi ki, məni asanlıqla tam sağaltmaq olar, bunun üçün hansı metallik
substansiyanın əsəblərimə təsir edə biləcəyini dəqiqliklə müəyyən etmək lazım-
dır. Kəskin ağrılar zamanı o, sakitcə laduan istifadə etməyi tövsiyyə edirdi. Bütün
qalan hallarda o, pişikotu kökünün daha yararlı vasitə olduğunu düşünürdü.
37
Hədsiz yorğunluq, çox gərilmiş əsəblərlə oktyabrın sonunda Minna ilə Pa-
risi tərk etdim. Qınaq və təəccüblə özümdən soruşurdum: bu qədər pulu nə üçün
xərcləyirdin? Amma operalarımın Almaniyadakı uğurunun maddi vəziyyətimi
düzəldəcəyinə ümid etdiyimdən, bir qədər sakirləşmiş halda Sürixdəki mənzilimə
qayıtdım. Qərar verdim ki, Nibelunqlar mövzusunda dramlarımın heç olmasa bir
hissəsinin musiqisini başa çatdırmayınca, bu şəhəri tərk etməyəcəyəm. Elə həmin
vaxt, noyabrın əvvəllərində dəfələrlə təxirə salmış olduğum işə başladım. 1848-ci
ilin mart ayının sonlarından beş il yarım vaxt keçirdi, hiss edirdim ki, ruhumun
sərsəriliyi başa çatıb və dirçəliş dövrü başlayıb. Kompozisiya texnikasına gəlincə,
birinci səhifədən əmin oldum ki, orkestr üçün Spesiyada, yarıhuşsuz halda dü-
şündüyüm prelüdiyanı əvvəllər etdiyim kimi iki xəttə yerləşdirə bilməyəcəyəm.
Buna görə də böyük partitura vərəqləri götürdüm. O zamandan bəri əvvəlcə ka-
randaşla əlüstü qeydlər edir, sonra partituranı tamamlayırdım. Bu üsul müəyyən
çətinliklər yaradırdı, tez-tez tələskənliklə etdiyim qeydlərin məzmununu unudur-
dum və ilkin musiqili ideyanı bərpa etmək çətin olurdu. Amma “Reyn qızılı”nın
yazılması zamanı bu çətinlik özünü hiss etdirmədi: 1854-cü il, yanvarın 16-da bü-