Rixard Vaqner
Mənim həyatım
444
tün əsərin kompozisiya eskizi hazır idi. Beləliklə, proloqda silsiləmin bütün dörd
hissəsi üçün əsas tematik material vardı.
İşin mənə yaxşı ovqat və fiziki gümrahlıq gətirəcəyi ilə bağlı ümidlərim özü-
nü tamamilə doğrultdu. Həmin vaxtkı həyatımın zahiri hadisələri barədə məndə
ən dumanlı xatirələr qalıb. Yeni ilin ilk aylarında bir neçə konsertdə dirijorluq et-
dim. Zultserin istəyilə “İfiqeniya Avlidada” üvertüralarından birini də proqrama
daxil etdim. Məsələ burasındadır ki, Motsartın daha əvvəl yazdığı uvertüranın
sonu qane etmirdi məni və Brendelin musiqi qəzetində məqaləmdə burada mey-
dana çıxan musiqi probleminə yanaşmamı izah etməyə çalışmışdım. Amma bütün
bunlar mənə “Reyn qızılı”nın partiturası üzərində işləməyə mane olmurdu, bu
əsəri tez bir müddətdə, karandaşla, ayrı-ayrı vərəqlərə yazdım. Mayın 28-də onun
orkestr üçün uyğunlaşdırılmasını başa çatdırdım.
38
Bu müddət ərzində ev işlərində, demək olar ki, heç nə dəyişməmişdi. Son
illərin cəhdləri nəticəsində əldə olunan hər şey toxunulmaz qalırdı. Təkcə maliyyə
məsələlərində yenə müəyyən çətinliklər hiss etməyə başlamışdım, çünki mənzilin
düzənlənməsi və digər məsələlərlə bağlı hesablamalar zamanı müxtəlif şəhərlərdə
operalarımın tamaşa qoyulmasından gələn gəlirə çox ümid edirdim. Amma təəssüf
ki, mənim üçün sərfəli olan böyük teatrlar əvvəlki kimi əsərlərimə heç bir ma-
raq göstərmirdilər. Berlin və Vyana ilə etibarlı əlaqələr yarada bilməməyim məni
xüsusilə məyus edirdi. Bütün bunlar ovqatıma pis təsir edirdi və bütün il mənim
üçün ağır qayğılarla dolu keçdi. Mən gücləndirimiş iş rejimi ilə təsəlli tapırdım
və “Reyn qızılı”nın partiturasını köçürmək əvəzinə “Valkiriya” kompozosiya-
sına başladım. İyulun sonlarında birinci səhnəni başa çatdırdım. Amma cənubi
İsveçrəyə səfər işimi yarımçıq qoydu.
İsveçrə ittifaqının musiqi cəmiyyəti bu il Zionda keçiriləcək Musiqi bayramı-
na rəhbərliyi üzərimə götürməyimi istəyirdi. Mən dəvətdən imtina etdim, amma
söz verdim ki, konsertlərin bədii tərəfi yüksək səviyyədə olarsa, gəlib Bethove-
nin “A-dur” simfoniyasına dirijorluq edəcəyəm. Bununla birgə, Montreni və bir
müddət əvvəl gənc arvadı ilə Cenevrə gölü yaxınlığında məskunlaşan Karl Ritteri
ziyarət etməyi düşünürdüm. Burda bir həftə qaldım. Ürək ağrısıyla gənc ailənin
xoşbəxt sabahının şübhə doğurduğunu müşahidə etdim. Buradan Karlla birgə
Valliya kantonuna, yuxarıda qeyd etdiyim musiqi bayramına yola düşdüm. Ora
gedən yolda, Martinidə Robert fon Qornşteyn adlı qəribə bir adam bizə qoşuldu,
ötənilki böyük simfonik konsertlərim zamanı onu mənə entuziast və musiqiçi kimi
təqdim etmişdilər. Mənim ittifaq musiqi bayramına dirijorluq edəcəyimi biləndə