445
Rixard Vaqner
Mənim həyatım
o, Şvabendən Valliya kantonuna səfər etmişdi. Onun bizə qoşulması xüsusən də,
Ritterə xoş idi, indi onun hər cür avantüra üçün şəriki vardı. Təəssüf ki, Ziona ça-
tanda, bütün gözləntilərimə rəğmən, bayramın yaxşı təşkil olunmadığına və kon-
sert üçün cüzi vəsait ayrıldığına əmin oldum. Konsert zalı kimi istifadə olunan
kiçik kilsə də məndə çox pis təəssürat oyatdı. Məni belə bir şəraitdə dəvət edən
komitənin məsuliyyətsizliyinə qəzəblənib, bayram tədbirlərinin rəhbəri, musiqi
direktoru bernli Metfesselə bir neçə kəlmə yazdım. Onunla çox soyuq vidalaş-
dım, əşyalarımı toplayıb yola düzəldim, yolda düşən dilicansda yer tutdum və
getməyimlə bağlı gənc dostlarıma belə heç bir xəbər eləmədim. Onların mənim
üçün maraqlı psixoloji müşahidələr etməyə imkan verən davranışları buna əsas
verdi. Kilsədə bədiilikdən uzaq təəssüratların məyusluğu altında çıxıb, nahar
etmək üçün mehmanxanaya gələndə mənim pis ovqatım onlarda oğlan uşaqları-
nın arsız-arsız irişmələrini xatırladan gülüş doğurdu. Bu şən əhval-ruhiyyə onların
mənədək elədikləri söhbətin ardı idi. İradlarımın, hətta hirslənməyimin belə, xeyri
olmadı: onları ədəbli davranışa vadar edə bilmədim, dostlarımın bu davranışla-
rından sarsılıb, tez əşyalarımı yığdım və gizli getməyə hazırlaşdım, onlar bundan
bir müddət sonra xəbər tutmuşdular, bir neçə günlük Cenevrə və Lozannaya yola
düşdüm, sonra evə qayıdanda orada qalan gənc xanım Ritterlə bir daha görüşmək
üçün Montreyə baş çəkdim. Hər iki gənc dostumu burada gördüm. Mənim qəfil
gedişimdən sarsılan gənclər bayramı tərk edib məndən bir xəbər bilmək üçün bura
gəlmişdilər, mən onların tərbiyəsizliyi barədə bir kəlmə də demədim, Karl səmimi
şəkildə bir müddət onlarda qonaq qalmağımı istədiyindən və onun bu yaxınlar-
da bitirdiyi əsəri məni həqiqətən də maraqlandırdığından bir neçə gün Montredə
qaldım. Ritter “Alkiviad” komediyasını yazmışdı. Onun forma və ideyası qeyri-
adi zərifliyi və çevikliyi ilə fərqlənirdi. Hələ Albisbrunnendə Karl mənə bu əsərin
planı barədə danışmış və “Alki” sözünün oyulduğu nəfis xəncəri göstərmişdi.
Üzərində “Viad” imzası olan bu xəncərin eynisi Ştutqartdakı gənc aktyor dostun-
da idi. Amma Karl bu xəncərlərin simvolik dəstəyi olmadan onun alkiviad natu-
rasını tamamlayan insanı Qornşteyndə tapmışdı. Ola bilsin ki, o vaxt Zionda onlar
Sokrat qarşısında”kı “səhnə”ni oynamaq istəyirmişlər. Xoşbəxtlikdən, komediya
mənə dramaturq kimi Karlın özünü ötüb keçdiyini göstərdi və çox təəssüf edirəm
ki, quruluşun çətinliyi üzündən bu əsər teatr səhnələrinə yol tapmadı. Qornşteyn
də özünü rəğbət oyadan təvazökarlıqla aparırdı. Mən onu Vevedən getməli oldu-
ğu Lozannayadək yolu piyada ötürdüm. Yol geyimi və çiynindən asdığı çanta ona
məzəli və şəfqətaşılayan görüntü verirdi.