Rixard Vaqner
Mənim həyatım
446
39
Bern və Lüsernanı keçib, qısa yolla Firvaldştet gölünün yaxınlığında-
kı Zelisberqə getdim. Avradım orada Alp dağlarının südü ilə müalicə alırdı.
Onun əvvəllər də özünü büruzə verən ürək tutmalarının son vaxtlar artdığını
hiss edirdim, ona səhhətini bərpa etmək üçün Zelisberqə gəlmək tövsiyyə olun-
muşdu. İsveçrə pansionundakı bütün narahat həyat şəraitinə səbrlə dözürdüm.
Təəssüf ki, arvadım mənim pansionda olmağımdam tez-tez əsəbiləşirdi, o, bu-
radakı şəraitə alışmışdı, yalnız mən onun rahat həyatına narahatlıq elementləri
gətirirdim. Amma dağ havası və dağ cığırları ilə gündəlik gəzintilər mənə xeyirli
idi. Hətta dağlarda gözdən uzaq yer axtarırdım ki, rahat işləyə bilmək üçün orada
özümə taxta evcik qurum. İyulun sonlarında biz yenidən Sürixə qayıtdıq. Mən
orada yenidən “Valkiriya”nın kompozisiyası ilə məşğul oldum. Birinci pərdə ilə
bağlı eskizləri avqustda hazırladım. Bu zaman bir tərəfdən, maddi problemlər
məni sıxırdı, digər tərəfdən, mənə tam sakitlik lazım idi, ona görə də arvadımın
Drezdendəki və Svikaudakı qohumlarının yanında yaşamaq arzusu ilə həvəslə
razılaşdım. O, sentyabrın sonunda köçdü və mən tezliklə arvadımdan Veymara
getməsi barədə xəbər aldım, o, Altenburqda knyaginya Vittgenşteyn tərəfindən
mehribanlıqla qəbul olunduğunu yazırdı. Minna orada Rekelin arvadıyla görüş-
dü, qardaşı ona qeyri-adi fədakarlıqla dəstək olurdu. Özünəxas enerji ilə Minna
Valdgeym həbsxanasında saxlanılan Rekellə görüşə getməyə qərar vermişdi – bu,
onun tərəfindən gözəl addım idi. Çünki arvadımın ondan heç xoşu gəlmirdi. Bu-
nunla belə, Minna Rekelə həyat yoldaşından xəbər aparmaq istəyirdi. Bu barədə
Minna mənə dəhşətli ironik tonla yazırdı: o, Rekelin şən və məmnun halda oldu-
ğunu görübmüş, görünür, Rekel orada vaxtını pis keçirmirmiş.
Bu arada mən özümü bütünlüklə işə həsr etmişdim. Noyabrın 26-da “Reyn
qızılı”nın üzünün köçürülməsini bitirdim. Sakit hücrəmdə mənə nəhəng bilik bəxş
edən kitabı oxumaqla məşğul oldum. Söhbət Artur Şopenhauerin “Dünya iradə və
ideya kimi” əsərindən gedir.
40
Bu kitaba mənim diqqətimi Herveq çəkdi, eyni zamanda o, bu kitabla bağ-
lı maraqlı təfərrüatlar danışırdı. Bu kitab 30 il əvvəl nəşr olunmuşdu və bu ya-
xınlarda qəribə şəkidlə yenidən kəşf olunmuşdu. Herveq kitab barədə Frau-
enştedtin məqaləsindən öyrənmişdi, burada onun yaranma tarixindən danışı-
lırdı. Məndə dərhal əsərə qarşı dərin maraq oyandı və onu oxumağa başladım.