447
Rixard Vaqner
Mənim həyatım
Əvvəllər də dəfələrlə özümdə fəlsəfənin əsas problemlərini öyrənmək ehtiyacı-
nı hiss eləmişdim. Hələ Parisdə olduğum illərdə Lerslə söhbətlər məni fəlsəfəyə
çəkirdi, aclığımı Feyerbaxın əsərlərini oxumaqla doydururdum, mənə elə gəlirdi
ki, onlar Şellinqin və Hegelin əsərlərində, cavanlığımda dinlədiyim Leypsiq pro-
fessorlarının mühazirələrində tapa bilmədiklərimi verəcək. İlk səhifələrdəncə ki-
tabın özünəməxsus taleyindən daha çox, oradakı fikirlərin, metafizik problemlərin
ifadəsindəki aydınlığı və cəsarətli dəqiqlik cəlbelədi. Düzdür, bir ingilis tənqidçsinin
məqaləsi məndə əvvəlcədən Şopenhauerin xeyrinə rəy yaratmışdı, tənqidçi
məqaləsində səmimi etiraf edirdi ki, alman fəlsəfəsinin, xüsusən də, Hegelin qar-
şısında təzimkarlığı, dumanlı və kifayət qədər aydın olmayan bu fəlsəfənin onun
üçün tam əlçatmazlığı ilə bağlıdır. Şopenhauerin kitabını oxuyarkən isə, məqalə
müəllifi əmin olub ki, problem onun özünün fəlsəfi düşünmək qabiliyyətinin olma-
masında deyil, ümumiyyətlə, alman filosoflarının qəsdən dolaşıqlıq yaradan ifadə
tərzlərindədir. Həyatın mahiyyəti barəsində çox düşünən hər bir adam kimi, hər
şeydən əvvəl, Şopenhauer sisteminin yekun qənaətlərini axtarırdım. Onun esteti-
kası məni tam təmin edirdi, xüsusən, onun musiqiylə bağlı dərin baxışları məni
heyrətə salırdı. Amma mənim o zaman yaşadıqlarımı yaşayan hər bir kəs anlayar
ki, Şopenhauerin əxlaq fəlsəfəsinin həyat iradəsini keyləşdirməkdən ibarət olduğu-
nu, bizim dünyanı qəbul etməyimizdəki fərdi hiss məhdudluğunun qarşısını tam
və həqiqi şəkildə almağımızın yeganə yolunun inkardan keçdiyini söylədiyini an-
layanda nə qədər pis oldum. Bu mövzu ilk dəfə mənim üçün tam aydınlığı ilə açıl-
dı. Fəlsəfədə siyasi və sosial təbliğat üçün azad fərdin lehinə nəzəri əsaslandırma
axtaranlar üçün bu sistem heç nə vermirdi. Çünki Şopenhauer şəxsiyyətin instink-
tinin özünün məhvinə aparan yolları axtarırdı. Bax elə bununla da əvvəlcə barışa
bilmirdim: hesab edirdim ki, “Gələcəyin incəsənəti” əsərimin özülünü təşkil edən
həyata sevinc dolu ellinli yanaşması barədə arzu məndə getdikcə daha da güclənir,
birdən-birə ondan imtina edə bilmirdim. Amma Herveq bir dəqiq iradı ilə mənim
bütün şübhələrimə son qoydu. O belə də dedi: təzahür dünyasının şəffaflığının
dərki hər bir faciənin əsas mövzusunu təşkil edir və bu, hər bir böyük şairə və
ümumiyyətlə, insana intuitiv şəkildə xasdır. Mən Nubelunqlar barədə poemanı bir
daha oxudum və Şopenhauerin kitabını oxuyarkən məndə bu qədər karıxma yara-
dan dünyagörüşə öz yaradıcılığımda çoxdan alışdığımı gördüm və bu fikir məndə
heyrət doğurdu. Yalnız indi öz Votanımı anladım. Ürəyimin dərinliklərinədək hiss
etdiyim sarsıntı içərisində yenidən Şopenhaueri oxumağa başladım. Hər şeydən
əvvəl, özüm üçün onun əsərinin birinci hissəsinin məzmununu – indiyədək zaman
və məkan daxilində real əsaslandırılmış hesab olunan təzahür dünyasının ideallığı
barədə təlimin geniş təhlilini aydınlaşdırmağı qərara aldım. Bu istiqamətdə ilk ad-
dımım problemin qeyri-adi dərəcədə mürəkkəbliyini anlamaq oldu. Bundan sonra
bir neçə il ərizndə onun kitabını əlimdən yerə qoymadım, artıq növbəti ilin ya-