Rixard Vaqner
Mənim həyatım
448
yında onu dördüncü dəfə idi ki, dərindən oxuyurdum. Onun mənə günü-gündən
güclənən təsiri o qədər böyük idi ki, gələcəkdə o, bütünlükdə dünyagörüşümə
həlledici təsir göstərdi. Onun sayəsində əvvəllər yalnız hissi prizmadan yanaşdı-
ğım məsələlərə şüurlu münasibət bəsləməyə başladım. Eyni şey məndə musiqiyə
münasibətdə baş vermişdi: qoca müəllimim Veynlixdən aldığım impuls sayəsində
ciddi şəkildə kontrapunkt nəzəriyyəsinə keçmişdim. Bu və ya digər münasibətlə
incəsənətin mənə daha yaxın məsələləri ilə bağlı yazdığım bütün məqalələrimdə
Şopenhauer fəlsəfəsinin təsiri möhür kimi aydın görünürdü. İndi məndə bu bö-
yük mütəfəkkirə “Nibelunqun üzüyü” kitabımın bir nüsxəsini bağışlamaq arzu-
su oyanmışdı. Əsas səhifədə “təzim əlaməti olaraq” sözlərini yazdım və heç bir
məktub əlavə etmədim. Bir tərəfdən buna bu cür insanın qarşısına çıxmaqdan do-
layı hiss etdiyim ürkəkliyim mane oldu, digər tərəfdən, içimdə qarışıq bir hiss var-
dı: birdən, Şopenhauer əsərimi oxuyub, məni tanımasa, bu məktubu yazmağın nə
əhəmiyyəti olacaq? Bununla da, mən Şopenhauerdən cavab məktubu almaq kimi
şöhrətli bir arzudan imtina etdim. Amma sonradan onu Frankfurtda ziyarət edən
Karl Ritterdən və doktor Villedən eşitdim ki, böyük filosof əsərim barədə çox xoş
rəy söyləyib və onun əhəmiyyətli olduğunu deyib.
41
Şopenhaueri öyrənməklə bərabər “Valkiriya”nınpartitursı üzərində işləməyə
çalışdım. Mən tək yaşayırdım, asudə vaxtımı şəhər kənarında uzunmüddətli
gəzintilərə həsr edirdim. Adətən, uzun müddət musiqi ilə məşğul olandan sonra
məndə ədəbi yaradıcılıq yanğısı baş qaldırırdı, bu dəfə də belə oldu. Görünür, Şo-
penhaueri oxumaqdan yaranan və amiranə tərzdə kağızda ekstatik ifadəsini tələb
edən ciddi ovqat ,“Tristan və İzolda”nın ideyasını diqtə etdi. Drezdendə orta əsrlər
poeziyasını öyrənəndə bu mövzu ilə yaxşıca tanış olmuşdum. Süjetin dram vari-
antının işlənməsi ideyası məndə Karl Ritterin sayəsində yarandı, o, mənə bu möv-
zuda eskizlərini göstərmişdi. Mən gənc dostumun konsepsiyasındakı çatışmayan
cəhətləri söyləmişdim. Ritter əsasən romanın effekt hallarını vurğulayırdı, məni isə
oradakı dərin faciəvi əsas cəlb edirdi və mən fikrən bütün təsadüfi detalları kənara
atırdım. Bir dəfə gəzintidən qayıdanda mən üç pərdənin qısa məzmununu layihə
halında yazdım, sonrdan onu dram formasında işləməyi düşünürdüm. Amma so-
nuncu pərdəyə daxil etdiyim epizoddan istifadə etmədim: Qraal və ölməzlik ax-
tarışında olan Tristan Parsifalı ziyarət edir. Yarasından əziyyət çəkən, ölməyə ha-
zır olan qəhrəman mənim ideyama görə Qraal barədə romantik təhkiyədəki Am-
fortasla eyniləşdirilirdi. Bu an üçün mən həmin konsepsiyanı genişləndirməməli
idim, bu , mənim böyük musiqi işimin gedişini poza bilərdi.