449
Rixard Vaqner
Mənim həyatım
Bu arada dostlarımın köməyilə axsamaqda olanmaddi vəziyyətimi düzəltdim.
Alman teatrları ilə əlaqələrim yenə mənə gəlir gətirməyə başladı. Minna Berlindəydi
və o, bizim köhnə tanışımız xanım Fromanın vasitəsilə kral operası intendantı fon
Hülzenin qəbuluna düşə bilmişdi. İki il davam edən mənasız əngəllərdən sonra
qeyd-şərtsiz “Tanhauzer”i tamaşaya qoymaq üçün Berlin teatrına təqdim etdim,
digər alman teatrlarında uğur qazanan bu tamaşanın taleyi bəlli idi. Berlində uğur-
suzluq əsərimə deyil, teatrın rəhbərliyinə zərər gətirə bilərdi. Noyabrın əvvəllərində
Minna Berlindən qayıtdı, onun məlumatlarını dinlədikdən sonra “Tanhauzer”in
Berlin tamaşasını taleyin ixtiyarına buraxdım. Bu mənə xeyli kədərli məqamlar
gətirməklə yanaşı, həm də xeyli mühüm mükafatların mənbəyi oldu.
42
Tezliklə Sürix musiqi cəmiyyəti yenidənmənə bu qış keçirləcək konsertlərdə
iştirak etmək üçün müraciət etdi, razılaşdım və əlavə etdim ki, orkestrin tərkibinin
yaxşılaşdırılması ilə bağlı təklif etdiyim planların həyata keçirilməsi üçün ciddi
addımlar atılmasını gözləyirəm. Məsələ burasında idi ki, Sürixdə yaxşı orkestrin
yaradılması üçün cəmiyyətin rəhbərliyinə müxtəlif layihələr təqdim etmişdim.
Artıq kiçik vəsait müqabilində yaxşı orkestr saxlamaqla bağlı dəqiq detalların
əks olunduğu üçüncü təklif üzərində çalışırdım. Cəmiyyət mənim çox pul tələb
etməyən layihələrimi gerçəkləşdirməyə razılşmazsa, bu konsertlərdə sonuncu
dəfə iştirak etdiyimi bildirdim. Bundan başqa, mən orkestr solistlərindən ibarət
kvartet ansamblı ilə maraqlandım. Onlar mənə tövsiyyə etdiyim bir neçə kvarteti
onlarla birgə keçməyimi istədilər. Məni hər şeydən əvvəl tamaşaçılar qarşısın-
da uğur qazanacaqları təqdirdə bu adamların yaxşı əlavə pul qazanması imkanı
sevindirirdi. Məsələnin bədii tərəfinə gəlincə, ansamblı yaratmaq asan deyildi.
Aydın idi ki, ayrı-ayrı parçaların individual təqdimatı üçün mənim dinamik ça-
larlarla bağlı göstərişlərim , ifanın texniki detallarını diqtə edən yaxşı inkişaf et-
miş bədii zövqü əvəz edə bilməzdi. Amma mən ideyaya o qədər aludə oldum ki,
onlarla Bethovenin “cismoll” kvartetini öyrənmək qərarına gəldim: bunun üçün
çoxlu məşqlər etmək və xeyli əziyyət çəkmək lazım gəldi. Konsert proqramı üçün
qısa giriş yazdım, orada Bethovenin bu gözəl əsəri izah olunurdu, sözlərimin və
krartetin ifasının dinləyicilərə hər hansı təsir edib-etmədiyini deyə bilmərəm.
Həmin il dekabrın 30-da “Valkiriya”nın kompozisiya eskizini tamamladığı-
mı əlavə etsəm, bu il üçün ciddi yaradıcı fəaliyyətim tam dəqiqliyi ilə əks olunar.
Həyatın zahiri tərəfləri məni işimdən, azacıq da olsun, ayırmırdı.
1855-
ci ilin yanvarında “Valkiriya”nın orkestr üçün uyğunlaşdırılmasına
başladım. Amma bir müddət işi yarımçıq qoymalı oldum, 15 il əvvəl Parisdə “Fa-