Rixard Vaqner
Mənim həyatım
450
ust” üçün yazdığım uvertürayla məşğul olmaq lazım gəldi, çünki bu barədə da-
nışdığım sürixli dostlarım onu dinləmək istəyirdilər. Bu, məni nə zamansa musiqi
yaradıcılığımda dönüş etmiş əsərə yenidən nəzər salmağa vadar etdi. Bu yaxın-
larda onu Veymarda ifa edən List əsərlə bağlı mənə xeyli xoş söz yazmışdı və
partiturada nəzərdə tutulan ayrı-ayrı ideyaları dəqiq inkişaf etdirməmi istəmişdi.
Bu səbəbdən də mən əsəri yenidən işləməyə başladım və Hertelin nəşrində də,
göstərildiyi kimi, zərif musiqi duyumu olan dostumun məsləhətinə əməl elədim.
Bizim orkestrlə uvertüranı öyrəndik, fikrimcə, o, tamaşaçılar arasında uğur qazan-
dı. Təkcə arvadım bunun hər hansı xeyir gətirəcəyinə inanmırdı və Londondakı
konsertlərimdə bu əsəri ifa etməməyi xahiş edirdi.
Belə bir vaxtda mənə xaricdən bir daha heç vaxt təkrarlanmayacaq qəfil
dəvət gəldi. Hələ yanvarda Londonun Filarmoniya cəmiyyəti bu il təşkil olunacaq
konsertlərdə mənə dirijorluq təklif etmişdi. Cəmiyyətlə yaxından tanış olmaq üçün
dəvətə cavabı yubandırdığım vaxtda komitənin üzvü Anderson yanıma gəldi.
Onu Londondan mənim razılığımı almaq üçün Sürixə göndərmişdilər. Mənə Fi-
larmoniya cəmiyyətinin dörd ay davam edəcək səkkiz konsertində dirijorluq təklif
olunurdu, əvəzində 200 funt-sterlinq alacaqdım. Necə razılaşacağımı bimirdim:
işgüzar baxımdan, cəmiyyətin təklifi mənim üçün sərfəli deyildi, digər tərəfdən,
proqrama daxil edilmiş bir neçə yaxşı əsər istisna olunmaqla, dirijorluq məni cəlb
etmirdi. Amma uzun fasilədən sonra yaxşı, böyük orkestri idarə edəcəyim fikri və
üstəlik, məndən uzaq olduğunu düşündüyüm musiqi dairələrinin bu cür diqqəti
məni səfərə razılaşmağa vadar etdi. Mən bunu taleyin gizli çağırışı hesab etdim və
sonunda axmaqcasına lütfkar olan ingilis cənabı Andersona razılığımı bildirdim,
o, açıq-aşkar sevinərək, iri kürkünə bürünüb Londona qayıtdı. Kürkün sahibi ilə
mən sonradan tanış olacaqdım.
43
Onun ardınca getməzdən əvvəl mən bir xoşagəlməz işi həll etməli idim, xe-
yirxahlığım üzündən özümü zibilə salmışdım. Bu il Sürix teatrının rəhbərliyinə
gəlmiş zəhlətökən direktor məndən “Tanhauzer”i tamaşaya qoymaq üçün icazə
istədi. O əmin etdi ki, Sürixdə yaşadığım halda bütün teatrlarda tamaşaya qoyulan
əsəri onlara verməməyim düzgün olmazdı. Bundan başqa, arvadım da işə qarışdı.
Tanhauzer və Volfram partiyalarını ifa edən ifaçılar da onun müdafiəsinə qalxdı-
lar. Həqiqətən də, Minna məndə onun himayəsindən istifadə edən aktyorlardan
birinə qarşı, direktorun daim sıxışdırdığı yazıq tenora qarşı mərhəmət oyada bildi.
Bir neçə dəfə aktyorlarla məşq etdim, nəticədə onların bütün məşqlərinə qa-
tılmaq məcburiyyətində qaldım. Bütün bunlar mənim teatrın işinə baş qoşmağı-