451
Rixard Vaqner
Mənim həyatım
ma səbəb oldu və gözümü açıb, özümü dirijor pultu arxasında gördüm. Nəticədə,
operanın ilk tamaşasına özüm dirijorluq etməli oldum. Xüsusən də, Yelizaveta ro-
lunu ifa edən ifaçı (qulluqçu obrazında) yadımda qaldı. Onun dəri əlcəkli əlində
yelpik vardı. Bu dəfə üçün belə məmnunluq kifayət idi və tamaşaçılar sonda gur
alqış səsləri ilə məni səhnəyə dəvət edəndə eyhamsız-filansız dostlarıma bildir-
dim:  məni ilk və son dəfə belə bir işə cəlb ediblər, bundan sonra teatrları üçün
özlərinin çalışmalarını istəyirəm və bugünkü tamaşadan öz teatrlarını barədə
özləri üçün dəqiq təsəvvür yarada bilərlər. Onlar bu sözlərimdən heyrətləndilər.
Səfərimdən bir az əvvəl  Musiqi cəmiyyətində orkestrə sonuncu dəfə dirijorluq
edəndə eyni şeyləri demişdim. Təəssüf ki, onlar mənim sözlərimi şıltaqlıq kimi
yozdular və işi lazımi nöqtəyə çatdırmaq üçün heç bir iş görmədilər. Şəxsiyyətimi
hər cür müdaxilədən qorumaq üçün bu qış birdəfəlik ciddi, kobud izahat verməli
oldum. Sürixdə olan əvvəlki dostlarımı – incəsənətsevərləri tərk edib (
onlar mənim
bu addımımdan ciddi caşqınlıq içərisində
idilə
r), fevralın 26-da Londona getdim.
44
Yolum Parisdən keçirdi. Orada bir neçə gün qaldım, bu müddət ərzində mən
yalnız Kitts və onun dostu Lindemanı gördüm, Kitts onu “ovsunçu-təbib” hesab
edirdi. Martın 2-də Londona çatan kimi Ferdinand Pregerə, Rekelin cavanlıq dos-
tuna müraciət etdim və ondan mənim üçün zəruri olan məlumatları aldım. Burada
uzun illərdir musiqi müəllimi kimi çalışıb yaşayan Pregerin şəxsində tamamilə
xeyirxah bir adamla qarşılaşdım. Amma musiqi müəllimi kimi onun xarakterində
qıcıqlandırıcı cəhətlər vardı. Onun evində gecələdikdən sonra, səhərisi onun yar-
dımı ilə
Portland -Terrace
məhəlləsində,
Regents Park
yaxınlığında  mənzil axtarma-
ğa çalışdım. Bu yerlər hələ Londona ilk ziyarətimdən mənə xoş təsir buraxmışdı.
Qarşıdan gələn yazı gözəl qırmızı fıstıq ağaclarının geniş budaqları arasında qərq
olan parkın yaxınlığında yaxşıca keçirmək imkanına sevinirdim. Londonda dörd
ay qaldım. Mənə elə gəlirdi ki, gözlədiyim yaz heç gəlməyəcək – pis iqlim, dai-
mi duman mənə öldürücü təsir edirdi. Bütün təəssüratlarım dumanlı çalar alırdı.
Preger bütün sərgərdan dolaşmalarım zamanı mənə yoldaşlıq etməyə hazır idi.
Yeri gəlmişkən, biz İtaliya operasının dirijoru, London musiqiçiləri arasında ilk
yerlərdən birini tutan Kostu da ziyarət etdik, o həm də
Sacred-Music-Society
nin
direktoru idi, orada, demək olar ki, hər həftə Hendel və Mendelsonu ifa edirdilər.
Preger məni dostu, London orkestrinin birinci skripkaçısı Sentonun yanı-
na apardı. O, bizi çox səmimi qəbul etdi və Londona dəvət olunmağımla bağlı
qəribə əhvalatı ondan eşitdim. Əslən Fransanın cənubundan olan sadəlövh və çıl-
ğın temperamentli Senton Lüders adlı bir hamburqlu alman dostu ilə yaşayırdı. İlk