Rixard Vaqner
Mənim həyatım
452
baxışdan darıxdırıcı olsa da, həddən artıq gözəl xarakterə malik Lüders oradakı
musiqiçilərdən birinin oğlu idi. Bu iki adamın arasında mövcud olan dostluğun
tarixçəsini eşidəndə mən çox təsirləndim. Peterburqdan Helsinqforsa qasrtola
gedən Senton təsadüfən yad şəhərdə bir qəpiksiz qalır. Taleyin nəhs zolağından
qaça bilməyən musiqiçi vəziyyətdən necə çıxacağını bilmir. Birdən mehmanxa-
nanın pilləkənində hamburqlu musiqiçinin sadə və təvazökar oğlu onun yolunu
kəsir, Lüdersin vəziyyəti barədə bilən bu oğlan ona nağd pul təklif etmişdi. Həmin
andan onlar iki ayrılmaz dosta çevrilirlər. Onlar İsveçrə və Danimarkaya konsert
turnesinə birgə gedir və qeyri-adi şəraitdə onlar Hamburq yolu ilə Havr, Paris və
Tuluzaya dönürlər. Sonra isə təkrar Londona qayıdırlar. Burada Senton orkestrdə
mühümmövqe tutur, Lüders isə darıxdırıcı musiqi dərslərilə başını girləməli olur.
Mən onlarla tanış olan zaman Lüderslə Senton sevimli ər-arvad kimi gözəl bir
mənzildə birlikdə yaşayırdılar. Lüders necəsə mənim sənət barədə kitablarımı
oxumuşdu. Xüsusən də, mənim “Opera və dram” əsərim onda belə bir nida do-
ğurmuşdu:
Donnerwetter!
Burada nəsə var!”. Bu, Sentonu heyrətləndirmişdi. Yeni
mövsümün başlanğıcında isə filarmoniya konsertlərinin keçmiş dirijoru, qüdrətli
cənab Kosta naməlum səbəblərdən cəmiyyətlə mübahisə etdi və orkestrə dirijor-
luqdan imtina etdi. Belə bir çətin vəziyyətdə Andersonun “
Treasurer”
cəmiyyəti
Sentona məsləhət üçün müraciət edəndə o, Lüderin əsəri ilə mənim dəvət olun-
mağımı tövsiyyə etmişdi. Bu tövsiyyə cəmiyyətdə heç də dərhal rəğbətlə qarşılan-
madı. Yalnız bu zaman Senton bildirib ki, özü məni Drezdendə dirijorluq edərkən
görüb. Anderson mənim arxamca Sürixə səfər etmək barədə qərara gəlib və yol
üçün onun xəz paltosunu da özü ilə götürüb. Beləliklə, mən Londona gəlib düş-
düm. Öz çılğın temperamenti ilə Senton həddən artıq əsəbiləşmişdi, düşünmədən
hərəkət edirdi, halbuki, Kosta filarmoniya mübahisəsini ciddi hesab etmirdi və
o, dirijor qismində mənim dəvət olunduğumu eşidəndə xeyli təəccübləndi. Mənə
düşmənçilik bəsləyən bu adam daim yolumun üstündə dayanırdı, o, orkestrin
rəhbəri idi və bizim daim filarmoniya konsertlərinin təşkili zamanı ona ehtiyacı-
mız olurdu.
45
Kostanın mənə düşmən münasibəti zaman keçdikcə daha da güclənir və
aydın görünürdü, ondan hər şey gözləmək olardı. Hər şeydən əvvəl, “
Times
qəzetinin musiqi tənqidçisi Davison mənə nifrətlə yanaşırdı. İlk dəfə bu adamın
münasibətində “Musiqidə yəhudilik” məqaləmin açıq-aydın təsirini görürdüm.
Bundan başqa, Preger mənə bildirdi ki, Davison qəzetin nüfuzlu tənqidçisi kimi
musiqi ilə bağlı İngiltərəyə gələn hər bir artistdən diqqət görməyə adət edib. Cenny