453
Rixard Vaqner
Mənim həyatım
Lind də tələblərə əməl etməliydi və bu, onun zahiri uğurunu təmin etdi. Təkcə
Zontaq, qrafinya Rossi bu tələblərə əməl etməməyi özünə rəva gördü. Mənim
can atdığım yeganə şey orkestrlə yaxşı münasibətlər saxlamaq idi, mümkün ifa
mükəməlliyinə nail olmaqla onu layiqli zirvəyə çatdırmaq istəyirdim. Buna görə
də, mənə zəruri sayda məşqin verilməyəcəyini eşidəndə çox sarsıldım. İki simfoni-
yanın və digər pyeslərin daxil edildiyi konsert proqramı üçün cəmiyyətin qənaətli
hesablamalarına görə, mənə yalnız bir məşqə icazə vermişdilər. Hələ orkestrin ifa-
sının yaratdığı təəssürat sayəsində cəmiyyət mənim xeyrimə güzəşt edə bilər deyə
ümid edirdim. Ammaməlumoldu ki, bu adamları yerlərindən tərpənməyəməcbur
etmək mümkün deyil. Tezliklə üzərimə götürdüyüm öhdəliklərin mənim üçün
qeyri-adi yükə çevrildiyini hiss etdim. İlk konsertdə Bethovenin “Qəhrəmanlıq
simfoniyası” ifa olundu. Görünür, bu konsertin böyük uğur qazanması sayəsində
cəmiyyət ikinci musiqi axşamı keçirməklə bağlı tələbimi yerinə yetirməyə razı-
lıq verdi. Onlar proqrama öz əsərlərimdən hissələri və Bethovenin “Doqquzuncu
simfoniya”sını daxil etməyimi istəyirdilər. Əvəzində, mənə müstəsna lütf kimi iki
məşq ayırdılar. Bu konsertdə hər şey babat getdi.
Proqramda “Loenqrin”də proloqa izah vermişdim, buna əsasən, kon-
sert təşkilatçıları mənə şübhəli nəzərlərlə baxaraq, “Müqəddəs” və “Allah” kimi
kəlmələrin üstündən xətt çəkmişdilər, guya yerüstü əyləncələrdə bu kəlmələri
işlətmək olmazdı. Xor üçün mən İtaliya operasının personalıyla, uzun reçitativ
üçün baritonla
(
İtaliya ifa məktəbini keçən bu müğənni öz ingilis fleqmatikliyi ilə məni
məyus edirdi
)
kifayətlənməli idim. Mətnin ingiliscəyə tərcüməsindən “Allahlar haq-
qında xoş xəbərlər sevinci!” əvəzinə işlənən yalnız “
hail thee joye
cümləsini anla-
dım. Bu konsertin uğur qazanması üçün, sanki, filarmoniya cəmiyyəti gücü çatan
hər şeyi edirdi. Bununla belə,
Times”
rəyçisinin ona qərəzlə yanaşaraq, proqra-
mın əhəmiyyətini kiçiltmək səylərindən sarsıldıq. Davisona diqqət göstərmək
üçün yardımla bağlı Pregerə müraciət etdik. Andersonun verdiyi ziyafətdə məni
onunla görüşməyə razı saldılar. Preger məni kifayət qədər yaxşı tanıyırdı, o,
cəmiyyətdəkiləri başa saldı ki, mən heç bir güzəştə gedən deyiləm. O zamandan
bəri mənim kimi tərs adamı işə dəvət etmələrinə peşman olmuşdular.
46
İkinci konsertdən sonra Pasxa bayramı münasibətilə uzunmüddətli fasilə
olmalı idi. Dostlarımla məsləhətləşdim: axmaq və mənasız tənqidlərə tuş gələn
filarmoniya konsertlərində dirijorluqdan tamamilə imtina edib, Sürixə qayıtmaq
daha yaxşı olmazdımı? Preger məni əmin etdi ki, bu addım mənim vəziyyətdən
çıxmağım üçün layiqli yol deyil, onun fikrincə, mənim bu carəsizliyimdən ən çox