Rixard Vaqner
Mənim həyatım
454
dostlarım zərər çəkəcək. Bu sonuncu vəziyyət mənim üçün həlledici əhəmiyyət
daşıyırdı: mən qaldım və London cəmiyyətinin musiqi həyatını, əlbəttə ki, hər
hansı bir ümid olmadan, irəli aparmağa davam etdim. Yalnız yeddinci konsertdə
mənə ruh verən bir hadisə baş verdi. İldə bir dəfə cəmiyyətin konsertlərində iş-
tirak edən kraliça axşamda dinləyici olmağa qərar verdi, o, əri şahzadə Albert
vasitəsilə “Tanhauzer
uvertürasını dinləmək arzusunu bəyan etdi. Əslində, kral
ailəsinin iştirakı sayəsində konsert bayram xarakteri aldı. Krailça Viktoriyanın
şəxsi arzusu ilə məni ona və ərinə təqdim etdilər, London teatrındakı mənim ope-
ralarımın tamaşası barədə maraqlı söhbətimiz oldu. Şahzadə Albert qeyd etdi ki,
italiyalı ifaçılar mənim musiqimin öhdəsindən gələ bilməzdilər. Bu sözlərin ca-
vabında kraliça Viktoriyanın İtaliya ifaçılarının əksəriyyətinin alman olduğuna
diqqət çəkməsi mənə zövq verdi. Bu söhbətdən məndə xoş təəssüratlar qaldı.
Vəziyyəti dəyişməsə də, bu, sanki mənim xeyrimə olan nümayiş idi. Əvvəlki kimi,
bundan sonra da mətbuat mənim rəhbərliyim altında keçən bütün konsertlərin
fiaskoya uğradığını yazmaqda davam edirdi. O vaxt təşkil olunan Reyn musiqi
axşamlarından birində Ferdinand Giller hamının eşidəcəyi tərzdə bəyan etmişdi
ki, mənim Londondakı işlərim iflasa uğrayıb və və mən artıq oradan qovulmuş
sayıla bilərəm. Onun bu açıqlamları dostlarının səmimi sevincinə səbəb olmuşdu.
Amma rəhbərlyim altında keçirilən sonuncu konsertlərdən birində mən müəyyən
dərəcədə məmnunluq keçirdim. Həmin axşam ömür boyu yaddan çıxmayan na-
dir səhnələrdən biri baş verdi. Musiqiçilərin indiyədək ciddi-cəhdlə gizlədikləri
hisslər həddən artıq parlaq şəkildə aşkara çıxdı. Mənim ilk uğurlarımdan sonra
bu adamlar aydın şəkildə başa düşdülər: güclü, hər şeylə məsuliyyətsizcəsinə
rəftar edən Kosta ilə yaxşı münasibət saxlamaq və işdən qovulmamaq üçün mənə
rəğbətlərini açıq büruzə verməməlidirlər. Buna görə də əvvəllər açıq-aydın izhar
olunan rəğbət sonradan tamamilə yatdı. İndi çoxdandır gizlədilən ovqat aşkara
çıxırdı. Musiqiçilər məni hər tərəfdən səs-küylə əhatə etmişdilər, eyni zamanda,
adətən konsert bitməmişdən zalı tərk edən tamaşaçılar həyəcanla estradanın qar-
şısında qruplarla toplaşmağa başlayırdılar. Mənim əlimi sıxır, səmimi arzularını
bildirirdilər. Mənim vida sözlərim musiqiçilərin və tamaşaçıların xoş arzuları ilə
eşidilməz oldu.
47
Londonda qalmaq mənim üçün həm də ona görə vacib idi ki, bunun
sayəsində yeni tanışlıqlar və münasibətlər qazanmışdım. Bura gəlişimdən dərhal
sonra Listin istedadlı tələbəsi kimi tövsiyyə etdiyi gənc Karl Klindvort məni
görməyə gəldi, sonradan o, bütün həyatımın sadiq və etibarlı dostuna çevrildi.