455
Rixard Vaqner
Mənim həyatım
Gənc olsa da, Londonda qısa müddət qalması ona İngiltərədə musiqi həyatının
vəziyyətini qiymətləndirməyə imkan verdi. Onun bu ümidsiz fikirlərinə haqq
verməyə bilməzdim. İngilis musiqi tənqidinin hər cür savadsızlarına yaltaqlıq
etməyi bacarmayan, Listin tələbəsi olduğunu biləndən sonra onun üzərinə hücu-
ma keçən nüfuzlu rəyçilərə ən kiçik diqqət əlaməti belə göstərməyəcək dərəcədə
qürurlu olan bu gənc, tezliklə ifaçılar arasında layiqli yerini tutacağına bütün
ümidlərini itirdi. Bu vəziyyətilə barışıb, ingilis musiqi həyatının səhrasını istisna-
sız olaraq dərs verməklə keçməyə başladı. O, əla musiqiçi idi və gözəl pianoçu idi.
Karl mənə “Reyn qızılı”nın partiturası ilə bağlı müraciət etdi. O, bu əsərin royal
üçün ifasına icazə verməyimi istəyirdi ki, virtuoz pianoçular konsertlərdə onu ifa
etsinlər. Təəssüf ki, o tezliklə, təhlükəli xəstəliyə yoluxdu və mən uzun müddət
onu görə bilmədim.
Preger və arvadı mənə bütün rəğbətlərinə rəğmən, tanışlarımın yaxın
çevrəsinə daxil deyildilər. Amma Sentonla Lüdersin evi orijinal quruluşu ilə
tezliklə mənim üçün doğma bir yerə çevrildi. Mən orada artıq adam deyildim,
hər gün onların dostyana inadı ilə onlarda nahar edirdim. Burada, rahat şəraitdə
adətən Londondakı qanqaraçılıqdan yorulanda istirahət edirdim. Preger də tez-
tez bura gəlirdi. Çox zaman biz şəhərin boz, sıx dumana bürünmüş küçələrini
gəzirdik. Lüders səhhətimizi və ovqatımızı London iqlimindən qorumaq üçün
fürsətdən istifadə edib, yoldaca bizi öz hazırladığı punşa qonaq edirdi. Bir dəfə
adi bir gəzinti zamanı üzərimizə gələn böyük kütlə bizi çaşqınlığa saldı və bir-
birimizi müəyyən müddətə itirdik. Məlum oldu ki, kütlə
St.James
küçəsindən
Kovent-Qardenə gedən imperator Napoleonun ardınca qaçırmış. Bu zaman Krım
müharibəsinin qızğın çağıydı. Müttəfiqlərinin böhranlı vəziyyətini görən Napo-
leon arvadı ilə birgə Londona, kraliça Viktoriyaya baş çəkməyə gəlmişdi. London
əhalisi ona acgözlüklə tamaşa edirdi, bütün ölkələrdə belə hadisələr zamanı kütlə
qarşısıalınmaz maraq göstərir. Mən Haymarketdən
Regentstreetə
dək getməyə ça-
lışırdım. Amma küçəni keçmək istəyərkən, mən yenidən izdihamla qarşılaşdım.
Tamaşasevərlərdən biri üzərimə atıldı və böyrümdən güclü zərbə endirdi, amma
onun anlaqsız vəziyyətdə olması səbəbindən nəinki əsəbiləşmədim, əksinə, bu,
məni əyləndirdi.
48
Kostaya görə Sentonla Anderson arasında yaranmış gərgin münasibətlər
bir az da pisləşdi, nəticədə mən ictimai işlərə təsir imkanlarımı tamamilə itirdim.
Halbuki , onlar bir sıra əyləncəli hadisələrə səbəb olurdular. Həmin bu Anderson
kraliçanın saray faytonçusunun himayəsi altında kral saray orkestrində (“
Queens-