Rixard Vaqner
Mənim həyatım
456
band”)
direktor vəzifəsini aldı və musiqidə tam səriştəsiz olsa da, hər il düzənlənən
saray konsertlərinə dirijorluq etməli oldu. Bu, konsert yox, biabırçılıq idi. Özü-
nü saxlaya bilməyən Senton gülməkdən az qala ölmüşdü. Bu konsert axşamı bir
çox lətifələr eşitdim. Yeri gəlmişkən, nəhəng boyu və cəngavər gövdəsi üzündən
mənim
Charlemagne
adlandırdığım xanım saray
şeypurçusu vəzifəsini və maaşını
mənimsəmişdi. Bu və digər əhvalatları dinlədikdən sonra belə bir qənaətə gəldim
ki, həyatsevər dostum hər yerə əli çatan qaragüruhun fitnələrinə açıq mübarizədə
duruş gətirə bilməyəcək. Həqiqətən də, tezliklə Andersonla Senton arasındakı
final mübarizəsinin birincinin xeyrinə başa çatdığının şahidi oldum. Bu məndə
əvvəllər də gəldiyim bir qənaəti möhkəmləndirdi: azad İngiltərədəki qaydalar
dünyanın başqa yerində olduğundan heç də yaxşı deyil.
Berliozun gəlişilə bizim kiçik cəmiyyətimiz bir qədər böyüdü. O, Londona
yenidən təşkil olunmuş
The new philharmonic society
yə iki konserti idarə etmək
üçün dəvət olunmuşdu. Bu cəmiyyətin daimi kapelmeysteri məzəli dərəcədə
qabiliyyətsiz doktor Uayld idi, onun hansı xidmətlərinə görə bu vəzifəyə təyin
olunduğu aydın deyildi. Bu, toppuş yanaqları olan ingilis ştutqartlı dirijor
Lindpaintnerdən dərs almışdı və onun bilikləri yalnız taktı yersiz pozmaq, necəsə
orkestrindalınca sürünmək, ağlına nə gəldi ifa etməküçünkifayət edirdi.Mənonun
ifasında Bethovenin simfoniyalarından birini eşitdim və sonra tamaşaçıların onu
qulaqbatırıcı, gur alqışlarla qarşılamasına xeyli dəhşətli dərəcədə təəccübləndim:
bu simfoniyanı ciddi dəqiqlik və həqiqətən səmimi alovla ifa edəndə, məni də belə
alqışlamışdılar. Bədii sənət baxımından bu konsertlərin səviyyəsini az da olsa qal-
dırımaq üçün, yuxarıda qetd etdiyim kimi, Berliozu dəvət etmişdilər. Onun ifasın-
da bəzi klassik əsərləri, o cümlədən, Motsartın simfoniyalarından birini dinləmək
mənə müyəssər olmuşdu. Öz əsərlərini böyük ruh yüksəkliyilə idarə edən bu di-
rijorun həmin vaxt vəzifəsinin öhdəsindən o qədər də yaxşı gəlmədiyini və adi
kapelmeysterlərdən heç nə ilə fərqlənmədiyini görəndə təəccüblənmişdim. “Ro-
meo və Cülyetta” simfoniyasından hissələr kimi effektli əsərlərinə gəlincə, onlar
məndə əvvəlki kimi güclü təəssürat oyatdılar. Amma indi bu qeyri-adi musiqi-
çinin böyük konsepsiyalarında belə, əvvəllər görə bilmədiyim mövcud qüsurları
görə bilirdim.
49
Sentonun yanında dəvət olunduğum nahar zamanı Berliozla tanış olan-
da çox həyəcanlandım. Qarşımda yorğun, nəyəsə məyus olmuş nadir istedad-
lı adamı görürdüm. Mənim London səfərim əyləncə dalınca qaçmaqdan ibarət
idi, daxili oyanma arzusundan doğurdu, Berliozu görəndə qeyri-iradi müəyyən