457
Rixard Vaqner
Mənim həyatım
ruhi məmnunluq keçirdim: məndən dəfələrlə layiqli bu adam bura yalnız cüzi
əməkhaqqı, bir neçə gineya dalınca gəlmişdi. Berlioz yorğun görünürdü, üzündə
ümidsiz ifadə vardı və mən birdən-birə rəqiblərindən dəfələrlə istedadlı olan bu
insana qarşı dərin mərhəmət hiss etdim. Berliozla görüşlər zamanı mən özümü
şən və sərbəst aparırdım, bu, ona xoş idi. Bu özünə qapalı, az danışan adam bizim
söhbətlərimiz zamanı tamamilə dəyişir və canlanırdı. O mənə Meyerber barədə
xeyli məzəli əhvalat danışır, deyirdi ki, onun tərifli rəylərə həssaslığına, hiyləgər
və yaltaq davranışına qarşı durmaq çətin idi. İlk “Peyğəmbər” tamaşasından sonra
o adi
Diner la veille” (şam yeməyi - red.)
vermişdi. Berlioz bəhanə ilə dəvətdən imti-
na etmişdi. O zaman Meyerber onu mehribancasına danlamışdı, xahiş eləmişdi ki,
bu dərin incikliyin əvəzini opera haqqında “gözəl bir məqalə” ilə çıxa bilər. Berli-
oz cavab vermişdi ki, bir Paris qəzetində Meyerber barədə tənqidi yazı yazmaq o
qədər də xoş iş deyil.
Berliozla sırf bədii məsələlərlə bağlı razılığa gəlmək mümkünsüz idi. Bura-
da o, formalaşmış ideya üfüqləri ilə tam özündənəmin bir fransız idi. Müəyyən
bir yanaşmanı müdafiə edərkən, tərəfdaşının fikrini düzgün başa düşüb-
düşmədiyi barədə sual da vermirdi. Həmsöhbətimlə özümü həddən artıq rahat
hiss elədiyimdən, qəfildən fransız dilində danışmağıma özüm də təəccübləndim,
ona “bədii sənət” sirri barədə öz düşüncələrimi söyləmək istəyirdim. Daxili for-
maların hərəkəti ilə onlardan azad olmayınca bu təəssüratlar bizi öz əsiriliyində
saxlayır. Xarici təəssüratlar yalnız onları bulunduğu dərin mürgülü vəziyyətdən
çıxarır. Bədii obrazı isə təəssüratlar deyil, onlardan azadolma doğurur. Berlioz
məni dinləyib, sanki mərhəmətlə razılaşaraq, gülümsədi və dedi: “
Nons appelons
cela:
digerer
” (
biz bunu daycest adlandırırıq – red
.).
O mənim bir neçə cümlə ilə iz-
har etdiyim mətləbi bir neçə kəlmədə dedi ki, bu da məni heyrətləndirdi. Yeri
gəlmişkən, yeni dostumun zahiri davranışları məni tez-tez təəccübləndirirdi. Onu
sonuncu konsertimə, sonra da öz mənzilimdə ən yaxın dostlarıma verdiyim ki-
çik vida ziyafətinə dəvət etdim. Oz səhhətini bəhanə edib, bizimlə çox oturmadı.
Dostlarım onun tamaşaçıların məni gur alqışlarla yola salmasından kədərləndiyini
gizləmədilər.
50
Londondakı qalan tanışlıqlarım önəmli deyil. Məni yalnız şair, musiqisevər
və təəssüf ki, bəstəkar da olan gözəl, yaraşıqlı cənab, lord Bruqamın kürəkəni El-
lerton məmnun etdi. O, filarmoniyadakı konsertlərin birində mənə yaxınlaşdı və
mənim Londona gəlişimi təqdir etdiyini dedi, utanmadan bildirdi ki, mən Men-
delsona şişirdilmiş rəğbətə son qoyacağam. O, məni və dostlarıma
University Club-