Rixard Vaqner
Mənim həyatım
458
da qonaqlıq verən, Londondakı bu cür müəssisələrin olduğunu anlatmaqla bizə
xüsusi hörmət göstərən yeganə ingilis idi. Amma xoş söhbətdən sonra ingilis qo-
naqlığının zəif tərəflərini də bilmiş oldum. Bizim yeni dostumuzun qoluna girib
onu evinə apardılar, sanki, belə də olmalıymış: o ayaq üstə zorla dayanırdı və tək
gedə bilməzdi.
Potterin şəxsində köhnəfikirli, amma hədsiz dərəcədə mehriban bəstəkar
olan orijinal adamla tanış oldum. Onun təvazökar ölçülərinə rəğmən, zərif kont-
rapunkt əməyilə fərqlənən əsərinə dirijorluq etdim və bu əsər məni çox maraq-
landırdı. Bəstəkar özü yaşlı, xoşsifət, qəribə bir adam idi, mənə qorxu qarışıq
hörmətlə yanaşırdı. Onun, həqiqətən də, gözəl və maraqlı simfoniyasının
andan-
te
sinin lazımi təzdə ifa olunmasında inad etdim. O, öz əsərinə tam inamsızlıq-
la yanaşırdı. Tamaşaçıları darıxdıracağından qorxan bu adam istəyirdi ki, əsəri
tez ifa etsinlər. Mən öz tempimdə ifa etdiyim bu
andante
ilə ona böyük uğur və
çoxlu alqış qazandıranda onun üzü minnətdarlıq sevincli ilə nurlanmışdı. Mak-
Farrink adlı qaşqabaqlı, melanxolik şotlanddan o qədər də xoşum gəlmirdi, Fi-
larmoniya cəmiyyəti onun əsərlərinin yüksək qiymətləndirildiyini bildirirdi.
Onun simfoniyalarından birinin ifası təklif olunurdu, amma görünür, şotlan-
diyalı bu məsələ ilə bağlı mənimlə müzakirə aparmaq üçün çox təkəbbürlü idi.
Heç cür bəyənmədiyim bu simfoniyanın kənara qoyulub, onun yerinə “
Steep-
le-Chase”
uvertürasının seçilməsinə çox sevindim. Sonuncu, vəhşi, ehtiraslı xa-
rakterli orijinal bir əsər idi. Mən onu böyük həzzlə idarə etdim.Tacir Beneke və
ailəsilə tanışlıq – Vezendonk mənə qalmağa onların evini tövsiyyə etmişdi, ora
hər zaman müraciət etmək olardı – böyük narahatlıqlar gətirdi. Londona gəlişi
zamanı Mendelsonun evində qaldığı bu adamların, dəvətləri az-az da olsa qəbul
etmək və onların cəmiyyətində olmaq üçün Kamverbelə uzaq səfər etmək lazım
gəldi. Mənim yanımda dərhal ondan danışırdılar, mənim onun əsərlərini idarə
etməyimdən vəcdə gəldiklərini söyləyir, mərhumun “zəngin istedadından” söz
açırdılar. Filarmoniya cəmiyyətinin katibi Hovard – bu xoşsifət, namuslu qoca ka-
tibi, özünün də düşünüdüyü kimi, ətrafımdakı azsaylı ingilisdillilərdən biri məni
əyləndirməyə çalışırdı. Bir neçə dəfə onun qızı ilə Kovent-Qarden teatrında İta-
liya operasına baxdım. Reçitativ üslubda, kobud almanların və səsi olmayan ita-
liyalıların təhrif olunmuş ifasında “Fidelio”nu dinlədim. Nəticədə, daha o teatra
getmədim. Londonu tərk edərkən, cənab Hovardla vidalaşmaq istəyəndə, onun
yanında Meyerberi görüb, təəccübləndim. O, özünün “Şimal ulduzu”əsərinin
taleyilə bağlı gəlmişdi. Onu görəndə ani olaraq xatırladım ki, mənim Filarmoni-
ya cəmiyyətinin katibi kimi tanıdığım Hovard həm də “
İllustrated News
un mu-
siqi tənqidçisidir. Böyük opera bəstəkarı buna görə onun yanına gəlmişdi. Məni
görəndə Meyerberin əl-ayağı dolaşdı. Bu, öz növbəsində məndə elə bir təəssürat
yaratdı ki, biz bir-birimizə, bir cümlə də olsun, demədik. Hovard çox təəccübləndi.