459
Rixard Vaqner
Mənim həyatım
O, bizim tanış olduğumuzu düşünürdü. Nəhayət, məndən Meyerberi tanıyıb-tanı-
madığımı soruşdu, cavabında Meyerberlə mənim barəmdə danışmasını tövsiyyə
etdim. Sonra yenidən Hovardla görüşəndə o məni əmin etməyə çalışdı ki, Me-
yerber barəmdə yüksək hörmətlə danışıb. Mən ona Parisdə nəşr olunan
Gazette
musicale
ın bir neçə nömrəsini oxumağı tövsiyyə etdim, bu yaxınlarda Fetis orada
cənab Meyerberin barəmdə o qədər də xoş tərzdə söyləmədiyi fikirlərini vermişdi.
Hovard başını yellədi və dedi ki, “iki böyük bəstəkarın belə qəribə şəkildə
görüşdüklərini” hec cür anlaya bilmir.
51
Köhnə dostum Herman Frankın məni ziyarətə gəlməsi xoş gözlənilməzlik
oldu. O vaxt Frank Braytonda yaşayırdı və Londona bir neçə günlüyə gəlmişdi.
Onunla çox söhbət etdik və çalışdım ki, bu söhbət onda mənimlə bağlı düz-
gün təsəvvür yaratsın. Çünki son illər bir-birimizi görmədiyimizdən, o, alman
musiqiçilərindən barəmdə çox əcaib şeylər eşitmişdi. Hər şeydən əvvəl, o, mənim
Londonda olmağıma heyrətlənirdi, çünki ideyalarımı həyata keçirmək üçün bu-
rada lazımi əsasın olmadığını düşünürdü. Onun ideya dedikdə, nəyi nəzərdə tut-
duğunu başa düşmədim. Sadəcə, Filarmoniya cəmiyyətinin dəvətini qəbul etmə
səbəblərim və ona cari ildə cəmiyyətin konsertlərinə dirijorluq etməkdən boyun
qaçırmağımla bağlı danışdım, çünki işlərimi bitirmək üçün Sürixə qayıtmaq
istəyirdim. Dostum məndən tamam başqa şey eşidəcəyini düşünürdü: o, Lon-
donda nüfuzlu mövqe əldə edəcəyimi və buradan alman musiqiçilərinə müharibə
elan edəcəyimi zənn edirdi. Almaniyadakı bütün musiqi çevrələrində haqqımda
belə düşünürdülər. İnsanların əksəriyyəti haqqımda yanlış təsəvvürdədir, hal-
buki, o indi mənim əsl mahiyyətimi tanıdı, onun sözlərinə görə, bu uyğunsuz-
luqdan təəccüblü heç nə ola bilməzdi. Biz zarafatlaşaraq bir-birimizi yenidən
tanıyırdıq. Mənim kimi, onun da Şopenhauerin son bir neçə ildə məşhurlaşan
əsərini layiqincə qiymətləndirdiyinə sevinirdim. O, bu fikirlər barədə heyrətamiz
dəqiqliklə danışırdı. O, alman dühasının siyasi zəmində ya tam iflasa uğrayacağı-
nı, ya da onun tam dirçələciyini düşünürdü, ikinci halda, onlar Şopenhaueri düz-
gün qiymətləndircəkdilər. Frank məni tərk edib dəhşətli və qaçılmaz taleyinin ar-
xasınca getdi. Bir neçə ay sonra, Sürixə qayıdanda onun müəmmalı ölümü barədə
eşitdim. O, on altı yaşlı oğlunu ingilis donanmasına vermək üçün Braytonda yaşa-
yırdı. Atası oğlanın dənizə məhəbbətini bölüşmürdü. Gəminin limandan ayrılmalı
olduğu səhər atanın evin pəncərəsindən atılaraq küçədə ölmüş halda tapmışdılar.
Oğlunu isə deyilənə görə, çarpayısındaca boğmuşdular. Ana isə çoxdan dünya-
sını dəyişmişdi. Bu müəmmalı hadisəyə aydınlıq gətirəcək heç kəs qalmamışdı.