Rixard Vaqner
Mənim həyatım
460
Bildiyimə görə, hadisənin üstü bu gün də açılmayıb. Frank unutqanlığından Lon-
donun planını mənim yanımda qoymuşdu. Ünvanını bilmədiyimdən onu geri
qaytara bilmədim. Bu gün də həmin plan məndə qalır.
52
Semperlə tanışlıqla bağlı daha şən xatirələrim var, hərçənd, onlarda da
ağrı yox deyil . Onunla Londonda qarşılaşdım, artıq o, ailəsi ilə birgə bu şəhərdə
möhkəmlənmişdi. Drezdendə mənə çılğın və əsəbi təsir bağışlayan adam indi
məni xeyli heyrətləndirdi və riqqətə gətirdi. O,sənət fəaliyyətini dayandırması-
nı sakit, təmkinli barışqanlıqla qarşılayırdı. Bu qədər qeyri-adi dərəcədə istedadlı
adam hər cür həyat şəraitinə uyğunlaşmağı bacarırdı və böyük işi olmadığından
kiçik işlə kifayətlənirdi. O heç İngiltərədə böyük memarlıq tikililəri ilə bağlı sifariş
alacağını gözləmirdi də. Amma himayədarı şahzadə Albertə çox ümid bəsləyirdi.
Hələliksə, o, otaq ornamentləri və bahalı mebel üçün rəsmlərin tərtib olunması ilə
məşğul idi. O, bunu heç də böyük memarlıq tikililərindən balaca iş hesab etmir-
di. Üstəlik, bu, yaxşı gəlir gətirirdi. Biz Semperlə tez-tez görüşməyə başladıq və
bəzən mən axşamı onun Kensinqtondakı evində keçirirdim. Qeyri-adi dərəcədə
ciddi yumorumuz bizi köhnə, gözəl günlərə aparır, taleyin faniliyini unutdurur-
du. Evə qayıdanda Semperlə bağlı məlumatlarım işə yaradı. Zultser onun qayğı-
sına qalmağı öz üzərinə götürdü və onu Sürixdə tikilməkdə olan politexnikumla
bağlı işlərə rəhbərlik etməyə dəvət etdi.
Bir neçə dəfə Londonun maraqsız teatrlarını ziyarət etdim. Təbii ki, opera te-
tarını həmişəlik bu siyahıdan çıxarmışdım. Məni daha çox sahildə yerləşən
Adelphi-
Theater
cəlb edirdi, ora gedərkən tez-tez Preger və Lüders məni müşayiət edirdilər.
Orada “
Christmas”
adı altında bəzi xalq nağılları səhnələşdirilirdi. Bir tamaşa məni
daha çox maraqlandırdı: o, bir neçə nağılın məharətlə uyğunlaşdırılmasından ya-
radılmışdı. Tamaşada heç bir qırıqlıq yox idi, onlar bir süjet kimi davam edirdi.
Hər şey “Qızıl qaz”dan başladı. Sonra “Üç istək”, daha sonra “Qırmızı papaq”
köməyə gəldi (burada canavar əvəzinə adamyeyən obrazından istifadə olunmuş-
du və bu yamyam çox qəşəng, məzəli şeirlər ifa edirdi). Sonda müxtəlif qarışıq
elementlərdən istifadə olunan “Zoluşka” göründü. Səhnə və dram baxımından,
bunlar gözəl icra olunmuşdu. Onlar xalqı necə qeyri-adi tamaşalarla maraqlan-
dırmaqla bağlı dəqiq təsəvvür yaradırdılar.
Olympic-Theater
da tamaşalarda sadə
gözəllik az idi, burada fransız teatrı janrında maraqlı dialoq səhnələri ilə yanaşı,
Sarı cırtdan” sehrli nağılı da tamaşaya qoyulurdu, orada meymun rolunu tama-
şaçıların sevimlisi Robson oynayırdı. Sonradan bu aktyoru “
Garrick-Fieber
adlı
kiçik məzəli tamaşada da gördüm, Robson orada Harriklə səhv saldıqları sərxoş
rolu oynayır və onu sərxoş halda zorla Hamleti oynamağa vadar edirlər. O, məzəli