461
Rixard Vaqner
Mənim həyatım
oyunu ilə məni heyrətləndirdi. Şəhərin kənarında, Merylebonda yerləşən kiçik
teatr Şekspirin əsərləri ilə tamaşaçı cəlb etməyə çalışırdı. Orada “Şən zövcələr”
tamaşasına baxdım, ifanın düzgün və dəqiqliyinə heyran oldum. Hətta
Haymarket-
Theater
səhnəsindəki “Romeo və Cülyetta” belə, truppa birinci dərəcəli olmasa da,
məndə xoş təsir oyatdı: quruluş Harrik ənənələrinə uyğun idi. Birinci pərdədən
sonra Romeo rolunun qoca, altmış yaşlı aktyora verilməsi ilə bağlı təəccüblərimi
Lüdersə bildirdim. Aktyor ötüb keçən gəncliyini gözəl qadınsayağı jestlərlə əvəz
etməyə cəhd göstərirdi. Lüders cəld afişaya göz gəzdirdi və çığırdı: “Lənət şey-
tana, bu ki qadın imiş”. O, bir zamanlar məşhur amerikalı xanım miss Kerman
idi. Cəhdlərimə rəğmən,
Princess Theater
da “VII Haynrix” tamaşasına bilet tapa
bilmədim. Məhz bu, qeyri-adi dərəcədə ciddi-cəhdlə və gözəl şəkildə qoyulmuş
realizm istiqamətinə uyğun idi və qeyri-adi uğur qazanmışdı.
53
Mənə daha yaxın olan musiqi sahəsində, “
Exeter hall
ın böyük zalındakı bir
neçə “
Sacred-music-society
konsertini qeyd etmək istərdim. Təxminən hər həftə
orada oxunan oratoriyalar daimi təmrinlər sayəsində əminliklə ifa olunurdu. Bun-
dan başqa, xüsusən də, Hendelin “Məsih”ində bəzən sənətin yüksək zirvələrinə
qalxa bilən yeddi yüz nəfərlik xora xeyir-dua verməyə bilmədim. Burada mən
musiqinin yerli kultunun özünəməxsus ruhunu anladım. Bu ingilis protestantlığı
ruhu ilə sıx bağlıdır. Eyni səbədən də, oratoriya, tamaşaçıları operadan daha çox
cəlb edir. Tamaşaçı oratoriya axşamına kilsəyə, Allaha ibadət məqsədi ilə gedir.
Kilsədə necə dua kitabları ilə otururlarsa, burada da hamının əlində Hendelin kla-
viraussuqu var, kassada onun bir nüsxəsini bir şillinqə satırlar. Ona əsasən ifa-
nı izləyirlər. Fikrimcə, bu, “Alliluya” kimi xüsusən vacib hissələri qaçırmaq qor-
xusu ilə bağlıdır, bu zaman hamı skamyadan ayağa qalxır. Əvvəllər bu qalxma
dinləyicilərin qeyri-iradi şövqü ilə müşayiət olunurdu. Sonra bu, ənənəyə çevrildi.
İndi isə bu, hər “Məsih” ifa olunanda qeyd-şərtsiz əməl olunan qaydadır.
Bütün bu xatirələr Londonun, xüsusən də, ilin bu vaxtında pisləşən iqli-
mi sayəsində mənim fasiləsiz xəstəliyik xatirələrimin yanında silinməkdədir.
Daim soyuqdəymədən əziyyət çəkirdim. Dostlarımın məsləhəti ilə orqanizmimi
möhkəmləndirmək və onun müqavimət gücünü artırmaq üçün sərt ingilis pəhrizi
tutdumsa da, amma etiraf edim ki, bu mənə qətiyyən yüngüllük gətirmədi.
Bundan başqa, mənzili heç cür qızdıra bilmirdim. Bu, işimə ziyan vururdu.
Valkiriya”nın orkestrə uyğunlaşdırılmasını nəinki tamamilə bitirə bilməmiş,
hətta cəmi bir neçə yüz səhifə irəliləmişdim. Bir şərait də məni sıxırdı: beynimə
gələn musiqi ideyalarını kağıza qeyd edərkən, mən ovqatıma görə meydana çıxa