Rixard Vaqner
Mənim həyatım
462
biləcək uzunmüddətli fasiləni nəzərə almamışdım, buna görə də, həmin müddət
ərzində əvvəlki eskizlərlə ümumi plan arasında bağlılıq itirilirdi. Çox zaman ka-
randaşla yazılmış vərəqlərə, öz əlimlə yazdığım notlara baxıb, onlarda mənasını
anlamadığım yad, vəhşi işarələr görürdüm. Tam məyusluq içərisində Dantenin
kitabına əl atdım. İlk dəfə onu həqiqətən anlamağa başladım. Londonun iqlimində
Cəhənnəm” mənim üçün dərkolunan reallığa çevrildi.
Nəhayət, London səfərinin mənə bəxş etdiyi əzablardan xilas olmaq sa-
atı gəlib çatdı. Yeganə məqsədim dünyanı sərgərdan dolaşarkən yeni, ruhumu
təzələyən təəssüratlar əldə etmək idi. Amma mənə səmimi bağlanmış dostların
qəlbində xoş xatirə qoymaq sevinc gətirirdi. Sevinclə Parisdən evə tərəf yola düş-
düm. Parisə çatanda yayın ən gözəl çağı idi. Yenə küçələr heç yana tələsməyən,
sadəcə, gəzişən insan kütlələri ilə dolu idi. İyunun 30-da, cibimdə min frankla
Sürixə döndüm.
54
Arvadım Firşvaldştet gölü yaxınlığında Zelisberqə gedib yenidən zərdabla
müalicə götürmək istəyirdi. Dağ havasının mənə də xeyirli olacağını düşünüb,
onunla getməyə qərar verdim. Amma itimiz Pepsin ölümü bizə mane oldu. Hey-
van on üç yaşında qocalmışdı. Hədsiz zəiflədiyindən, onu özümüzlə aparmağa
risq etmədik, it yoxuşu çıxa bilməzdi. Bir neçə gündən sonra onda aqoniya başladı.
Tez-tez huşunu itirirdi, qıc olurdu. Özünə gələndən sonra qalxır və daim onun
qayğısına qalan Minnanın otağına gedirdi. Bəzən o, zorla mənim yazı masama
söykənir və yıxılırdı. Baytar bildirdi ki, artıq ona heç nə ilə kömək etmək olmaz.
Onun qıcolmaları günü-gündən gücləndiyindən və it daha çox əziyyət çəkdiyindən
ona sinaid turşusu verməyi tövsiyyə etdilər. Səfərimizi təxirə saldıq. Tezliklə sa-
ğalmasına heç bir ümid olmayan bədbəxt heyvanın əzablarına özüm son qoydum.
Qayıq tapıb, gənc həkim tanışım Obristin yanına getdim, bilirdim ki, o, kənd apte-
ki ilə birgə zəhər əldə edir. Ondan ölümcül doza aldım və gözəl bir yay səhərində
evə döndüm. İtin əzabları dözülməz həddə çatarsa, yalnız bu halda ondan istifadə
edəcəkdim. Gecə, Peps, adəti üzrə mənim çarpayımda yatırdı, səhərlər yanımdan
çıxıb, pəncələri ilə cırmaqlayaraq məni oyadırdı. Qəfil inilti səsinə ayıldım: Pepsin
əzablı qıcolmaları başlamışdı. Sonra o arxası üsrə düşüb qaldı. Bu anın vacibliyini
hiss edib saata baxdım. İyulun onunda saat 2-yə 10 dəqiqə işləmiş məni çox sevən
balaca dostumu itirdim. Səhərisi acı göz yaşları ilə onu dəfn etdik. Evin sahibi, xa-
nım Ştokar-Eşer bağda gözəl bir yer ayırdı və biz Pepsi səbəti və yastıqları ilə birgə
orada basdırdıq. İllər sonra onun qəbrinin təxmini yerini mənə göstərdilər. Amma
bağ dəyişmişdi və orada Pepsin məzarından əsər-əlamət qalmamışdı.