463
Rixard Vaqner
Mənim həyatım
55
Sonra biz Zelisberqə getdik, bu dəfə bizi yeni tutuquşu müşayiət edirdi. Onu
əvvəlki Paponun əvəzində arvadıma Kreysberq bazarından almışdım. Bu da çox
yaxşı, ağıllı quş idi, amma onu bütünlüklə Minnanın ixtiyarına verdim. Mehriban
yanaşsam da bu quşla dostluq eləmirdim. Xoşbəxtlikdən, dəyişməyən gözəl hava
bizim çox sevdiyimiz bu məkanda qalmağımıza imkan verirdi. Tənha gəzintilərim
istisna olunmaqla, bütün boş vaxtımı “Valkiriya”nın orkestr üçün uyğunlaşdırl-
masına sərf edirdim. Bundan başqa, Şopenhaueri oxuyurdum. Eyni zamanda,
Berliozdan aldığım səmimi məktub mənə zövq verdi. O, məktuba “
Les soirées de
l’Orchestre”
əsərini də əlavə etmişdi. Bəstələrindəki adamı itələyən kobudluq bu-
rada da özünü göstərirdi, amma onu zövqlə oxudum. Zelisberqdə yenidən gənc
Robert fon Qornşteyni gördüm. O, özünü ədəblə aparır və ümumiyyətlə, zərif
intelligent təəssüratı yaradırdı. Onun Şopenhaueri sürətli və görünür, uğurla
öyrənməsi məni xüsusi maraqlandırdı. Qornşteyn bir müddətlik Sürixə gələcəyini
bildirdi, bundan başqa Karl Ritter də gənc həyat yoldaşı ilə birgə qışda ora köçməyi
düşünürdü. Avqustun ortasında biz Sürixə döndük, keçmiş tanışlarımızla əlaqə
saxlayırdıq, mən yenə sakitcə “Valkiriya” ilə işimə davam elədim. Xaricdən
Tanhauzer”in uğuru ilə bağlı xəbərlər yenə gəlirdi, əsər getdikcə məşhurlaşırdı.
Son zamanlar əvvəllər qeyri-müəyyən nəticələr verən “Loenqrin” də uğur qazan-
mağa başlamışdı. Frants Dingelştedt Münhen saray teatrının o zamankı intendantı
kimi imkanı çərçivəsində “Tanhauzer”in təbliğini öz üzərinə götürdü, Laxnerin
nüfuzu sayəsində bu o qədər də asan deyildi. Cəhd kifayət qədər uğurlu oldu,
halbuki , Dingelstedtin sözlərinə görə, bu, qonorarla bağlı vədlərə əməl edəcək
dərəcədə uğurlu alınmadı. Amma səliqəli Zultserin sayəsində maddi vəziyyətim
çox yaxşı idi və qayğısızlıqla işlərimlə məşğul ola bilərdim. Amma sərt havalar
özləriylə birgə mənə yeni əzablar gətirdi. London iqliminin pis təsirinin nəticəsi
kimi qışda məndə qızıl yel tutmaları yaranmışdı. Pəhrizdə kiçik bir səhvə yol
vermək və ya lənətə gəlmiş soyuqdəyməyə tutulmaq kifayət idi ki, xəstəlik özünü
büruzə versin. Bu səbəbdən işimə ara verməyə məcbur olurdum, çünki xəsətlik za-
manı edə biləcəyim yeganə iş mütailə idi. O zaman oxuduğum kitablardan ən çox
Buddizmin tarixinə giriş” məni maraqlandırırdı. Uzun müddətdir qəlbimdə ya-
şayacaq poemanın əsas süjetinin cizgilərini buradan götürdüm. Ümid edirdim ki,
nə zamansa bu cizgilər bitkin formada əks olunacaq. Gələcək əsərimə “Qaliblər”
adını verdim. Əsər çandal qızın Buddanın baş şagirdi Anandaya iztirabla nurlan-
mış ruhani sevgisini sübut edəndən sonra Sakxya-Muni ali dilənçi ordeninə qəbul
olunmasından söz açılırdı. Sadə süjetin dərin mənalı gözəlliyindən başqa, məni o
zamandan bəri maraqlandıran musiqi ideyalarına onun özünəməxsus yanaşma-