Rixard Vaqner
Mənim həyatım
464
sı da seçimimə təsir göstərdi. Buddanın ruhi baxışı qarşısında onunla qarşılaşan
varlıqların həyatı, onların bütün keçmiş təcəssümlərində də indiləri kimi açıq-ay-
dın görünürdü. Sadə əfsanə yeni məna alır: əziyyət çəkən qəhrəmanların keçmiş
həyatı bilvasitə müasirliyə, onların mövcudluğunun yeni mərhələsinə qarışır. İki-
li mövcudluğun musiqili motivlərini necə verəcəyimi dərhal anladım və elə bu
məqam da məni “Qaliblər”in yaradılması ideyası üzərində xüsusi sevgi ilə dayan-
mağa sövq etdi.
56
Beləliklə, hələ də nəhəng ölçülərdə təsəvvürümə gələn “Nibelunqlar”dan
başqa, məni narahat edən iki yeni süjeti – “Qaliblər”i və “Tristan”ı təxəyyülümdə
həkk etdim. Bu planlara daxil olduqca, xüsusən də, xəstəliyimin iyrənc tutmaları
səbəbindən səbirsizliyim artırdı. Bu arada gəlişini yay üçün düşündüyüm List də
tezliklə gələcəyini xəbər verdi. Ondan səfəri təxirə salmağı xahiş etməli oldum,
çünki onun mənə ayıracağı bir neçə günü çarpayımın başında keçirməyəcəyinə
əmin deyildim. Beləliklə, qışı sakit və məhsuldar fədakarlıqdan dostlarıma əzab
verən şıltaq əsəbiliyədək dəyişkən formada keçirdim. Bununla belə, Sürixdə
məskunlaşan Karl Ritterin mənə daha yaxın olacağına sevindim. Heç olmasa, qışı
keçirmək üçün ikinci dəfə Sürixi seçməklə, o, mənə xeyirxah bağlılığını göstərdi
və hansısa pis təəssüratları məhv etdi. Qornşteyn, öz növbəsində, niyyətinə çatdı.
Amma tezliklə onunla tanışlığa son verməli oldum. Çünki o, artıq klavişlərə toxu-
na bilməyəcək qədər əsəbiləşirdi. Qornşteyn ruhi xəstəlikdən, dünyasını dəyişən
anası kimi dəli olacağından qorxurdu. Bu qorxu onu bir qədər maraqlı edirdi.
Amma digər tərəfdən, bütün əqli keyfiyyətləri ilə yanaşı o, hədsiz zəif xarakterə
malik idi, buna görə də, tezliklə ondan əlimizi üzdük. Onun Sürixi qəfil tərk etməsi
də bizi bir o qədər narahat etmədi.
Bir müddət sonra Qotfrid Kellerin qismində tanışlarımın dairəsi bir adam-
lıq genişləndi. Əslən Sürixdən olan bu adam Almaniyada ədəbi fəaliyyətilə ad
qazandıqdan sonra yenidən vətənə qayıtmışdı. Həmvətənləri ona böyük ümid
bəsləyirdilər. Zultser təqdir etdiyi Kellerin (
burada bir qədər mübaliğə də vardı
)
bir
neçə əsərini, xüsusilə də , “Yaşıl Haynrix”i artıq mənə tövsiyyə etmişdi. Mən aciz,
zəif insanı görəndə xeyli təəccübləndim, ilk görüşdəcə hamıda onun gələcəyi
üçün qeyri-iradi təhlükə hissi yaranırdı. Məlum oldu ki, bu, Kellerin zəif yeridir.
Şübhəsiz ki, onun bütün əsərləri orijinal istedadın göstəricisiydi, amma yaxından
baxanda gələcək bədii sənət inkişafını vəd edən işarədən başqa bir şey deyildi. On-
dan əsl missiyasının açılacağı yeni əsər gözləyirdilər. Bu səbəbdən də, bizim bü-
tün görüşlərimizdə mən onu nə yazmağa hazırlaşdığı barədə sorğu-sual edirdim.