465
Rixard Vaqner
Mənim həyatım
Amma cavabında o, şübhəsiz ki, tamamilə yetkin planlarından danışırdı, amma
gələcək tanışlıq zamanı bu planların dayanıqlı olmadığı ortaya çıxırdı. Zamanla
onu vətənpərvərlik mülahizələrə görə vəzifəyə düzəltməyi qərara aldılar, burada
o, özünü düzgün və işgüzar adam kimi göstərə bilərdi. O vaxtdan Kellerin yazıçı-
lıq fəaliyyəti, görünür, tamamilə başa çatdı.
57
Təəssüf ki, köhnə dostum Herveqin işləri o qədər də yaxşı alınmadı. Uzun
müddət onun əsərlərinə gələcəkdəki ciddi bədii yaradıcılığa giriş kimi baxırdım.
Herveq özü də gizləmirdi ki, əsl əsərlərini gələcəkdə yazacaq. İri poetik əsər yaz-
maq üçün onun lazımi materialı vardı, ideyası çox idi. Sadəcə, bütün bunları sa-
lacağı “çərçivə” çatmırdı. Herveq hər an bu “çərçivə”ni gözləyirdi, bu gözləntilər
mənə həddən artıq uzun gəlirdi və qərara aldım ki, öz tərəfimdən ona uyğun plan
təklif edim, amma Herveq böyük poema yazmaq, öz həyat baxışlarını orada əhatə
etmək istəyirdi. O, Dantenin “xoşbəxtliyinə” diqqət çəkirdi, görünür, cəhənnəmlə
cənnətə aparan ətraf barədə nəsə yazmaq istəyirdi. Ona “çərçivə” qismində Pla-
tondan brəhmənizmə qədər uzanan və klassik təhsilimizdə müəyyən mövqe
tutan metempsixoz mifi barədə poema yazmağı tövsiyyə etdim. Herveq bunun
yaxşı fikir olduğunu düşündü, mən də dostuma əsərin formasını daha əsaslı
şəkildə izah etmyə cəhd göstərdim. Planıma görə, poema üç hissədən, hər hissə
üç nəğmədən ibarət olmalı idi. Birinci pərdədə qəhrəmanlar Asiya vətənlərində,
ikincidə (
yeni doğuluşlarında
)
Yunan və Roma dünyasında, üçüncü, orta əsrlərdə və
müasir dövrdə əks olunmalı idilər. Bütün bunlar onun xoşuna gəldi və düşündü
ki, bu konsepsiyadan nəsə alına bilər. Amma evinə tez-tez getdiyimiz, bir qədər
kobud adam olan doktor Ville fərqli fikrdə idi. Ville deyirdi ki, biz Herveqdən çox
şey gözləyirik. O, sadəcə, arvadı sayəsində Avropa haləsinə çıxmış yaxşı şvabdır,
o, qabiliyyətlərindən daha artıq şöhrət tapıb və qiymətləndirilir. Sonda mən bu
ümidsiz və kədərli fikirlərin cavabında sakitcə çiyinlərimi çəkdim, çünki özüm də
görürdüm ki, ildən-ilə Herveq getdikcə daha da fəaliyyətsizləşir və süstlüyə qərq
olur.
Semperin Sürixə gəlişi bizim həyatımıza xeyli canlılıq gətirdi. Hakimiyyət
onu politexnikdə müəllim işləməyə dilə tutmaqdan ötrü mənə müraciət etdi. Sem-
per dərhal Sürixə gəldi, vəziyyətlə yerindəcə tanış olmaq və təklifin onun üçün
nə dərəcədə sərfəli olduğunu bilmək istəyirdi. Şəhər onda xoş təəssürat yaratdı.
Hətta üzərində tırtıl böyüməkdə olan ağacların görüntüsü gəzinti zamanı ona
zövq verdi və nəhayət, o burada qalmağa qərar verdi. Beləliklə, Semper ailəsi ilə
mənim əhatəmə daxil oldu. Əlbəttə, o, iri tikinti sifarişlərinə ümid etmirdi, bun-