Rixard Vaqner
Mənim həyatım
466
dan sonra özünü müəllimlik fəaliyyətinə təhkim olunmuş sayırdı. Amma tezliklə
bədii ədəbiyyat işi onu cəlb etdi, Semper bir sıra əngəlləri aşaraq, naşirliyə başladı
və “Üslub” adlı dərgi buraxdı. Onu tez-tez kitab üçün rəsm çəkən yerdə tapırdım,
sonra onları ciddi-cəhdlə daşda oyurdu. Semper bu işə çox bağlanmışdı. Sonra o,
iddia etdi ki, onu böyük, yöndəmsiz evlər heç maraqlandırmır, onu yalnız detallar
özünə çəkir.
58
Öz bəyanatıma əsasən, mən Musiqi cəmiyyətindən birdəfəlik çıxmışdım
və daha Sürixdə tamaşaçılar qarşısında çıxış etmirdim. Əvvəlcə bəyanatımı cid-
di qəbul etmədilər və mən onu qəti şəkildə təsdiqləməli oldum. Bununla yana-
şı, cəmiyyətin mənim babat orkestr yaratmaq təklifimə biganəliklə yanaşmasını
da bir daha diqqətə çatdırdım. Üzrxahlıq qismində mənə bildirdilər ki, musiqini
yüksək qiymətləndirən tamaşaçılarda kifayət qədərdir, amma hər bir sıravi adam
müəyyən məbləğin altına ilk olaraq imza atmaq istəmir, çünki bu, başqalarında
onun pullarına maraq yarada bilər. Köhnə dostum Qof bildirdi ki, əgər yuxarı-
da qeyd edilən təhlükə olmasaydı, hər il bunun üçün on min frank ayıra bilər.
O deyirdi ki, dərhal sorğu-sual başlanacaq: Ott im Qof nə üçün öz kapitalından
bu cür istifadə edir. Ümumiyyətlə, onun addımı elə bir qalmaqal doğura bilər ki,
asanlıqla ondan bütün əmlakı ilə bağlı hesabat istəyə bilərlər. Qeyri-ixtiyari ağlıma
Hötenin “Birinci İsveçrə məktubu”ndakı məlum nidası gəldi. Hər necə olsa, artıq
Sürixdəki musiqi fəaliyyətimlə birdəfəlik qurtarmışdım.
Amma evimdə zaman-zaman musiqi axşamları düzənlənirdi. Klindvortun
Reyn qızılı”nın, eyni zamanda, “Valkiriya”nın bir neçə pərdəsinin klaviraussu-
qu təmiz və gözəl siyahıda hazır idilər. Əvvəlcə Baumqartner həddən artıq çətin
aranjmanın öhdəsindən gəlməyə çalışdı. Vinterturda yaşayan və tez-tez Sürixə
səfər edən Teodor Kirxner, sonradan klaviraussuqun bəzi hissələrinin ifası ilə bağ-
lı məharətini göstərdi. Bəzi vokal səhnələri ifa etmək üçün ifaçılar cəmiyyətinin
direktoru Geymin həyat yoldaşına müraciət etdim, onlarla ailəvi dost idim. Bu qa-
dının gözəl, səmimi səsi vardı, 1853-cü il konsertlərində yeganə solist kimi çıxış et-
mişdi. Amma xanım Geymin musiqi duyumu yox idi və notları düzgün götürməsi
və vəzni saxlaması üçün çox əziyyət çəkməli olurdum. Bununla belə, biz müəyyən
nəticəyə nail olduq və bəzən tanışlara “Nibelunqlar”ın musiqisini dinləmək zöv-
qü verirdik. Amma burada da ehtiyatlı olmalıydım: ən kiçik həyəcan məndə qızıl
yel tutması yaradırdı. Bir axşam biz Karl Ritterin evində toplaşmışdıq. Hofmanın
Qızıl dibçək” əsərini ucadan oxumağı təklif etdim. Qiraət zamanı otağın soyudu-
ğunu hiss etməmişdim. Əsəri bitirməyə imkan tapmamış hamı burnumun qızarıb