467
Rixard Vaqner
Mənim həyatım
şişdiyini gördü. Dərhal möhkəm ağrılar başladı və mən evə qayıtmağa məcbur
oldum. Belə əzablı ovqatda “Tristan”ın mətni mənim üçün getdikcə daha da ay-
dınlanırdı. Sağaldığım günlərdə, əksinə, “Valkiriya”nın partiturası ilə məşğul
olurdum. Bu ilin (1856) mart ayında onu tamamladım. Amma xəstəlik və işdəki
gərginlik məndə qeyri-adi qıcıqlanma yaradırdı. Məni partituranın başa çatması
münasibətilə təbrik etməyə gələn dostlarım Vezendonkları necə pis qəbul etdiyimi
xatırlayıram. Əsərlərimə maraq göstərən adamlar barədə çox kəskin danışmışdım,
yazıq ziyarətçilər qəfildən karıxaraq, durub evlərinə getmişdilər. Bu incikliyi ara-
dan qaldırmaq üçün uzun, xoşagəlməz izahatlar verməli oldum, Minna həmişəki
barışdırıcılığı ilə onların uğurla nəticələnməsinə yardım etdi. Bu halda o, özünü
çox əlverişli tərəfdən göstərdi. Vezendonklarla Minna arasında qarşılıqlı rəğbət
vardı. Vezendonklar Pepsin əvəzində bizə həsdiz mehriban qəşəng və sözəbaxan
it alıb gətirmişdilər, Minna bu heyvana çox bağlanmışdı. Mən də yeni itə çox yaxşı
yanaşırdım, amma ona ad seçməyi arvadıma tapşırdım. Minna Pepsə uyğun ola-
raq, ona Fips adını qoydu, mən də bunu alqışladım. Fips əsasən arvadımın dostu
idi. Heyanları nə qədər çox sevsəm də, Peps və Papoya bəslədiyim hisslər bütün
həyatım boyu bir daha təkrarlanmadı.
59
Mayın sonunda, ad günüm ərəfəsində Drezdendən gələn köhnə dostum
Tixaçek nə qədər kobud, mədəniyyətsiz adam olsa belə, mənə bağlılığını və sa-
diqliyini mümkün qədər də saxlayırdı. Ad günümün səhəri Behtovenin “E-mol
kvartet”inin çox sevdiyim
adagio
sədalarına oyandım. Məlum oldu ki, mənim
himayəmdə olan kvartetçiləri arvadım dəvət edib, onlar isə həssaslıqla bu əsəri
seçiblər – nə zamansa bu əsər barədə hədsiz səmimiyyətlə danışmışdım. Axşam
Tixaçek “Loenqrin”dən bir neçə hissə oxuyaraq, hamını heyran qoydu: o, hələ də
səsindəki gözəlliyi saxlayırdı. O, inadkarlığı sayəsində Drezden intendantlarının
qətiyyətsizliyinə son qoyub, mənim böyük uğur qazanmış operalarımın tama-
şalarının bərpasına nail olmuşdu. Qonağımızla Firvaldştet gölü yaxınlığındakı
Brunnenə səfər zamanı mən yüngülcə soyuqladım, nəticədə qızıl yelin on üçüncü
tutmasına məruz qaldım. Amma bu dəfə ağrılarım həmişəkindən daha möhkəm
olsa da, tez qayıtmaqla qonağın sevincli ovqatını təlx eləmədim. Otaqlardakı güc-
lü şaxta sayəsində vəziyyətim pisləşirdi, Brunnendə cövlan eləyən cənub küləyi
mənzili qızdırmağa imkan vermirdi. Sürixdə Tixaçek məni xəstəlik yatağında
qoyub getdi. Sağalan kimi iqlimi dəyişmək qərarına gəldim, çünki Sürix havası
mənim əzablarımı bir az da artırırdı. Cenevrə gölünü seçdim, yaxınlıqda yerləşən
kənddə uyğun ev tapmaq və sürixli həkimin yazdığı müalicə kursunu həyata