Rixard Vaqner
Mənim həyatım
468
keçirmək istəyirdim. Buna görə də iyunun əvvəllərində, kənddəki tənhalığımı
bölüşməli olan Fipslə Cenevrəyə yollandım. İt mənə xeyli qayğı gətirdi, çün-
ki vaqonda onu yanımda saxlamağa qoymadılar və mən hətta öz marşutumu
dəyişməyə hazır idim. İstədiklərimi həyata keçirmək üçün sərf etdiyim nəhəng
enerjiyə görə Cenevrədəki müalicəyə minnətdaram. Əks halda, həyatım tamam
başqa istiqamət almış olardı.
60
Cenevrədə mənə çoxdan tanış olan “
de l’ecu de Geneve”
mehmanxanasında
qaldım, ora ilə bağlı müəyyən xatirələrim vardı. Burada tibbi məsləhət üçün dok-
tor Coindetə müraciət etdim, o məni yaxşı havası olan Mont Saleveyə göndərdi
və oradakı “pansionları” nişan verdi. Həmin yerə gəlib hər şeydən əvvəl özümə
xəlvət hücrə axtardım və pansion sahibəsini mənə bağda təcrid olunmuş pavilyo-
nu vermək üçün dilə tutdum. Qadın razı olmurdu, təmasda olmağı istəmədiyim
qalan pansionçular da əsəbiləşmişdilər, çünki pavilyon hamı üçün nəzərdə tu-
tulmuşdu. Sonda istədiyimə nail oldum. Amma bazar günləri otağı məşğul
etməyəcəyimə söz verməli idim. Həmin günlər kalvinist-pansionçular skamyalar
gətirib burada uzun-uzadı səhər ibadəti edirdilər. Bura mənim çox xoşuma gəlirdi
və ilk bazar səhəri mən sözümə əməl edərək, Cenevrəyə qəzet oxumağa getdim.
Səhərisi, pansion sahibəsi bildirdi ki, otağı mənə verə bilməyəcək, çünki sakinlər
qəzəblənməkdə davam edirlər: bu otaqda bazar günləri ibadət etmək olar, amma
həftə ərzində əylənmək olmaz. Yeni mənzil axtarmalı oldum və bu məqsədlə yaxın
qonşuma müraciət etdim.
Bu, Mornedə su ilə müalicə müəssisəsi açmış doktor Vayyan idi. Əvvəlcə
mən orada sürixli həkimin yazdığı isti kükürd vannaları qəbul edəcəkdim. Amma
müalicəxanada belə vannalar yox idi. Lakin doktor Vayyanməndə çox xoş təəssürat
yaratdığından, mən ona xəsətliyim barədə söz açmaq qərarına gəldim. O qaynar
kükürd vannaları və içmək tövsiyyə olunan iyrənc mineral su məsələsinı gülərək,
ağzından qaçırdı: “Sizin yeganə probleminiz əsəblə bağlıdır. Bütün bunlar sizdə
daha çox qıcıq yaradacaq, sizə yalnız sakitlik lazımdır. Əgər mənə etibar etsəniz,
iki aya sizi sağaldacağıma söz verirəm. Qızıl yel bir də qayıtmayacaq”. Vayyan öz
sözünə əməl etdi.
Bu gözəl həkimin sayəsində su ilə müalicəyə fərqli yanaşmağa başladım.
Albisbrunnendəki “
Wasserjude
də həkiməbənzər kobud diletantların mənə təlqin
etdikləri hər şeydən uzaqlaşdım.Vayyan nə zamansa Parisdə məşhur həkim idi,
Lablanş və Rossinini o, müalicə etmişdi. Sonra onun ayaqları iflic oldu, həyatında
dönüş yarandı. Dörd il əziyyət çəkən, bütün praktikasını itirən, tamamilə yoxsul-