469
Rixard Vaqner
Mənim həyatım
laşan bu adam təsadüfən doktor Prisnitsin Şlezviq hidropatiyasının izinə düşdü.
Vayyan geniş dünyagörüşünə malik təhsilli həkim idi. Onun bu üsulu ixtiraçı-
sının bütün yöndəmsizliklərindən azad etdi. Sonra su ilə müalicəni təcrübədən
keçirmək üçün Medonda müalicəxana tikdirdi. Vayyan Parisdəki keçmiş
xəstələrini ora cəlb edəcəyinə arxayın idi. Amma buna nail ola bilmədi, adətən
sabiq həkimlərinin dəvətlərinə onlar axşamlar sanatoriyada rəqs edə biləcəkləri
barədə sorğu ilə cavab verirdilər. Bir sözlə, Medonda onun işləri alınmadı. Əks
halda, mən onu Cenevrədə tapa bilməyəcəkdim. Onun müalicə metodunu ciddi
şəkildə öz üzərimdə sınaqdan keçirməyə qərar verdim. Yeri gəlmişkən, Vayyan
başqa həkimlərdən həm də müalicəxanada məhdud sayda pasiyent qəbul etməsi
ilə fərqlənirdi: onun fikrincə, həkim yalnız xəstələrə hər gün ciddi nəzarət etmək
imkanı olduğu halda onların uğurla müalicə olunmasına təminat verə bilər. Onun
mənə kifayət qədər yaxşı təsir edən üsulunun üstünlüyü sakitləşdirici təsirində
idi, bu təsirə mülayim-soyuq suyun tətbiqi ilə nail olunurdu.
61
Bundan başqa, Vayyan mənim bütün ehtiyaclarımın, xüsusən də, sakit və
tənhalığımın təmin olunmasının qayğısına qalırdı. Məsələn, mən ağır ümumi
səhər yeməklərindən azad edilmişdim və pasiyentlərdən heç birinin bundan xəbər
tutmayacağı şərtilə öz otağımda özümə çay hazırlaya bilərdim. Belə sirli şəraitdə
otağımda oturub, qeyri-adi ləzzət alırdım: yorucu səhər müalicə prosedurların-
dan sonra uzun müddət, iki saat boyunca çayımı içərək, Valter Skottun roman-
larını oxuyurdum. Cenevrədə bu romanların fransız dilinə yaxşı tərcümələrini
tapmışdım, ucuz nəşr olduqlarından onları qalaq-qalaq Morneyə, öz otağıma
gətirirdim. Bu cür qiraət mənim o zamankı həyat tərzimə çox uyğun gəlirdi. Bun-
dan başqa, Şopenhauerin Valter Skottu yüksək qiymətləndirməkdə tam haqlı ol-
duğundan əmin oldum. O zamanadək Skotta münasibətim qeyri-müəyyən idi.
Formatı uyğun olduğundan gəzintilər zamanı özümlə Bayronun kiçik cildliyini
götürürdüm, ümid edirdim ki, Monblana açılan mənzərəsi olan hansısa dağda
onu oxuya biləcəyəm. Tezliklə, Bayrondan əl çəkdim, çünki adətən onu cibimdən
çıxarmadığımı sezmişdim. Özümə yalnız tikmək istədiyim fərdi evin planlarını
çəkməyə icazə verirdim, onun memarlıq planını müfəssəl şəkildə hazırlamışdım.
Bu cür cəsarətli fikirlərə Hertellərlə “Nibelunqlar” əsərinin satışı ilə bağlı danı-
şıqlar sayəsində gəlmişdim. Dörd opera üçün 40 min frank istədim, pulun bir
hissəsini evin tikintisinə başladığım ərəfədə verəcəkdilər. Əvvəlcə naşirlər o qədər
xeyirxah ovqatda idilər ki, şərtlərimi qəbul etdilər. Amma tezliklə, Hertellər il-
kin niyyətlərini dəyişdilər və razılaşmanın sərfəliliyini yenidən gözdən keçirməyə