Rixard Vaqner
Mənim həyatım
470
başladılar. Onların baxışlarındakı bu dəyişikliyin səbəbini anlamadım. Ola bilsin,
əsərlərimlə daha yaxından tanış olan Hertellər onun səhnə həllinə inanmamışdı-
lar. Amma digər tərəfdən, asanlıqla düşünmək olar ki, mənə olan kəskin hücumlar
onlara təsir göstərib. İstənilən halda, mənim öz evimi tikmək üçün kapital tapmaq
planlarım daşa dəydi. Bununla belə, arxitektonik işlərim irəliləməkdə davam edir-
di və bundan sonra mən onların gerçəkləşdirilməsi üçün vəsait tapmağı qarşıma
məqsəd qoydum.
62
Avqustun ortalarınadək Vayyanın yanında qalmalı olduğum müddət bit-
di və avqustun 15-də mənim üçün çox faydalı olan müalicəxananı tərk etdim.
Sürixə qayıtmazdan öncə Lozanna ətrafında tənha evdə yaşayan Karl Ritterlə ar-
vadını ziyarət etdim. Onlar bir dəfə Mornedə yanıma gəlmişdilər, Karlı burada su
müalicəsi almağa inandırmağa başladım. Amma elə ilk sınaqdan sonra o, bildirdi
ki, hətta hidropatiyanın ən sakitləşdirici üsulları belə onda qıcıq yaradır. Bu fikir
ayrılığını nəzərə almasaq, bir çox məsələlərlə bağlı biz onunla həmfikir idik. O,
payızda Sürixə qayıdacaqlarını söylədi. Sonra mən evə qayıtdım, Fipslə bağlı na-
rahatlıq olmasın deyə, dəmiryolunu deyil, poçt karetasını seçdim. Artıq zərdabla
müalicə alan Minna da evə qayıtmışdı. Bacım Klara da bizdə idi, qohumlarımdan
yalnız o, İsveçrədəki sığınacağımda məni ziyarət edirdi. Biz birgə Firvaldştet gö-
lünün yaxınlığındakı çox sevdiyim Brunnenə getdik, orada əsrarəngiz axşamdan,
günəşin qürubundan və Alp landşaftının digər gözəlliklərindən zövq aldıq. Gecə,
gölün üzərində bütöv ay görünəndə, burada müştərisi çox olan mehmanxananın
sahibi, polkovnik Auf-der-Maueranın xüsusi diqqəti sayəsində mən mehriban al-
qışların ünvanına çevrildim. Mehmanxanamızın yerləşdiyi çayın sahilinə iki bö-
yük, əlvan işıqlarla bəzədilmiş qayıqlarda yerli həvəskarlardan ibarət Brunnen
nəfəsli alətlər orkestri yaxınlaşdı. Onlar ifalarını bir-birilərilə razılaşmaq kimi
cəhd ilə özlərini yormadan, İsveçrə zövqsüzlüyü ilə ucadan və aydın şəkildə
mənim əsərlərimdən bir neçəsini ifa etdilər. Sonra kimsə salamlama nitqi söylıdi,
mən onlara mehribanlıqla cavab verdim, sonra qarşılıqlı əlsıxmalar oldu. Sonrakı
illərdə də bu yerlərə tez-tez gedirdim və hər dəfə kimsə mütləq mənimlə köhnə
tanış kimi salamlaşırdı. Adətən bu adamların məndən nə istədiklərini anlamayıb,
əsəbiləşirdim. Amma məlum olurdu ki, həmin gözəl axşam məni mehribanlıqla
salamlayan musiqiçilərdən biri ilə qarşılaşmışam.
Bacım Klara Sürixdə kifayət qədər uzun müddət qaldı, onun gəlişi bizim ailə
həyatımıza canlılıq gətirdi. O, bacı-qardaşlarım arasında təbiətən musiqiyə gerçək
bağlılığı olan yeganə adam idi və mən məmnuniyyətlə onunla vaxt keçirirdim.