471
Rixard Vaqner
Mənim həyatım
Minnanın daim kəskinliyi, inamsızlığı və tərsliyi ilə zəmin yaratdığı şəxsi qəzəb
partlayışları Klaranın iştirakı ilə tezliklə sakitləşirdi: mən buna şad idim.
Oktyabrda Listin gəlişi gözlənilirdi. Bu dəfə o, Sürixdə daha uzun müddət
qalacaqdı. Amma onu gözləmək mənim üçün yorucu idi və mən “Ziqfrid” kompo-
zisiyasına başladım. Sentyabrın 22-də ümumi cizgiləri kağıza qeyd etdim. Amma
elə bu zaman həyatımın ən böyük bədbəxtliklərindən biri məni izləməyə başla-
dı. Bizim evlə üzbəüz misgər məskunlaşmışdı. O, öz qulaqbatırıcı döyəcləməsi
ilə məni özümdən çıxarırdı. Özümə səs-küydən təcrid olunmuş mənzil tapa
bilmədiyimdən, məyusluğa düçar olub, işlərimi öz köhnə, dəyişməz arzumu yerinə
yetirənə qədər təxirə salmışdım. Qonşuya qəzəbim Ziqfridin “yaramaz dəmirçi
Mimeyə qarşı qəzəb partlayışı” motivini düşünməyim üçün şərait yaratdı. Dərhal
Klaraya uşaq kimi dəcəl, səs-küylü “G-moll” mövzusunu ifa etdim və elə oradaca
acıqla uyğun sözləri oxumağa başladım. Bütün bunlar məndə və evdəkilərdə şən
əhval yaratdı, mən işlərimi davam etdirməyə qərar verdim. Həqiqətən də, sent-
yabrın 1-də Listin gəlişi xəbərini alanda mən birinci səhnənin xeyli hissəsini yaz-
mışdım.
63
List əvvəlcə özü gəldi və dərhal evimə musiqi baxımından böyük canlanma
gətirdi. O, artıq “Faust” və “Dante” simfoniyalarını bitirmişdi, onların partitura-
larını mənə ifa etdi. İfası həqiqətən də gözəl idi. Hər iki əsərin mənə güclü təsir
oyatdığından əmin idi, bunu bildiyimdən, “Dante” kompozisiyasının sonundakı
səhvləri açıq göstərdim. Mənim üçün Listin poetik konsepsiya sahəsində gücünün
ən böyük sübutu “Faust” simfoniyası ilkin variantdakı zərif, əsrarəngiz sonluq –
Qrethen barədə sonuncu yenilməz xatirə idi. Bu səhnə dinləyicinin diqqətini zorla
çəkmək cəhdindən tam uzaq idi. Eyni zamanda, fikrimcə, “Dante” simfoniyası-
nın epiloqunda ilkin olaraq, “Cənnət” zərif “Magnifikat” müqəddiməsi sayəsində
yenə də yumşaq, ürkək, insanı başqa dünyaya çəkib aparmağı nəzərdə tuturdu.
Buna görə də, Listin bu gözəl ideyasının sonluqla pozulduğunu (
List bu hissəni
Domenico” ilə bitirəcəyini deyirdi
)
görəndə dəhşətə gəldim. Çığırdım: “Yox, yox!
Bunu etmək lazım deyil! Bunun əleyhinəyəm. Əzəmətli Allahı bir kənara qoy!
Yumşaq, alicənab yüksəliş akkordlarında qalaq!” List cavab verdi: “Haqlısan! Mən
də eyni şeyi deyirdim, knyaginya əksinə əmin edirdi, amma qoy, sən dediyin kimi
olsun!”. Bu, gözəl idi. Bununla belə sonra daha çox məyus oldum. Məlum oldu
ki, nəinki “Dante”nin bu sonluğu, hətta “Faust”un çox bəyəndiyim epiloqu belə
dəyişikliyə məruz qalıb: daha effektli xarakter əldə etmək üçün ora xor daxil edi-
lib. List və onun tanışı Karolina Vittgenşteynlə münasibətlərim bu cür idi.