Rixard Vaqner
Mənim həyatım
472
Tezliklə knyaginyanın qızı Mariya ilə Sürixə birgə səfər edəcəyi gözlənilirdi.
Onların gəlişi üçün bütün hazırlıqlar görülmüşdü. Bundan bir qədər əvvəl mənim
evimdə Listlə Karl Ritter arasında xoşagəlməz mübahisə baş verdi. Görünür, Rit-
terin görünüşü və xüsusən də, onun müsahibi ilə qəti razılaşmaması Listi qıcıqlan-
dırırdı. Bir axşam List cəlbedici şəkildə yezuitlərin xidmətləri barədə danışırdı və
Ritterin onun sözlərinə cavab verməsi dostumun xoşuna gəlmədi. Masa arxasında
söhbət Fransa imperatoru Lui Napoleondan düşdü, List bizim onun xidmətlərini
qəbul etməyimizi istəyirdi, halbuki, biz Fransadakı vəziyyətlə bağlı bu qədər yax-
şı düşünməyə meyilli deyildik. List Fransanın Avropa mədəniyyətinin həyatında
yüksək məqamını təsvir etmək üçün Fransa Akademiyasını xatırlatdı, bu da Karl-
da yenidən qaçılmaz təbəssüm doğurdu. Bu, Listi özündən çıxardı, o, təxminən
belə bir ifadə işlətdi: “Bunu insanlar yox, yalnız əntərlər etiraf etməyə bilər”. Mən
güldüm, Karl da gülümsədi, amma bu dəfə onun təbəssümündə sıxıntı da vardı:
sonradan Bülovdan eşitdim ki, qızğın gənclik mübahisələri zamanı Karlı “əntər”
deyə çağırırdılar. Tezliklə məlum oldu ki, Ritter “cənab doktor” deyə bütləşdirdiyi
Listin bu sözlərindən özünü kobud şəkildə təhqir olunmuş hiss edib. O, əsəbilik
içərisində evimi tərk etdi və xeyli müddət onun kandarına qədəm qoymadı. Bir
neçə gün sonra Karl mənə alternativ şərtlər qoyan məktub yazdı: ya List ondan
üzr istəməli idi, ya da bu mümkünsə, mən Listi evimdən çıxarmalıydım. Tezliklə,
təəssüf ki, Karlın anasından, çöx hörmət etdiyim xanım Ritterdən də məktub al-
dım. O, məni oğluna qarşı yaxşı davranmamaqda qınayırdı. Onun sözlərinə
görə, mən Karla evimdə baş verən xoşagəlməzliklə Karlın mövqeyini müdafiə
etməliydim. Buməsələ uzunmüddət mənimlə Ritter ailəsi arasındamünasibətlərin
gərginliyinə səbəb oldu. List bunu eşidəndə xeyli təəssüfləndi və barışıq üçün ilk
ləyaqətli addım atdı – Karlı ziyarət etməyə getdi. İnsident barədə, bir kəlmə də
olsun, danışmadılar. Amma Ritter cavab ziyarətini Listə deyil, knyaginyaya etdi.
Ediləcək bir şey qalmamışdı. Ritter bizim cəmiyyəti tərk etdi və qış sığınacağını
Sürixdən Lozannaya dəyişdi. Karl orada uzun müddət qaldı.
64
Knyaginya Carolina və qızı Mariyanın gəlişi (
onlar “Hotel Baur”da qalırdılar
)
təkcə mənim sadə evimdə deyil, bütünlükdə Sürixdə çox şeyi canlandırdı. Knya-
ginya göründüyü hər yerdə özünəməxsus həyəcan yaradırdı, bu həyəcan, hətta
hələ də yanımda qalan bacım Klarada da hiss olunurdu. Sürix qəfildən dünyəvi
şəhərə çevilmişdi. Ekipajların hərəkəti güclənmişdi. Hər yerdə qəbullar, ziyafətlər
təşkil olunurdu. Haradasa əvvəllər mövcudluğundan xəbərdar olmadığımız ma-
raqlı insanlar peyda olurdu. Daha bir musiqiçini, özündən orijinal düzəldən Vin-
terbergeri də List gətirdi. Yeni maraqlar Vinterturdan bura məşhur Şuman ardı-