473
Rixard Vaqner
Mənim həyatım
cılı Kirxneri də cəlb etmişdi, o, özünü hər necəsə ekssentrik tərəfdən göstərmək
imkanını qaçırmaq istəmirdi. Ən təqdirəlayiq hal bu idi ki, knyaginya buradakı
universitetin professorlarını da öz hücrələrindən gün işığına çıxmağa vadar edə
bilmişdi. Xanım gah onlarla ayrı-ayrılıqda söhbət edir, ya da onların hamsıını
birdən qonaq edirdi. Müntəzəm günorta gəzintilərim zamanı bir dəqiqəlik “
Hotel
Baur
a baş çəkəndə onu, gah professor Kexli, gah Moleşşot xüsusəndə Semperlə
nahar edən görürdüm. Hətta bütün qəribəliyinə rəğmən, dostum Zultser də ümu-
mi taledən yan qaça bilmədi, o özü də etiraf etdiyi kimi, bir qədər heyrətə düş-
müşdü. Knyaginyanın əhatəsində ünsiyyəti rahatlaşdıran azadlıq və sərbəstlik
vardı. Xüsusilə, mənim evimdə düzənlənən bayram öz rahatlığı və səmimiyyətilə
fərqlənirdi, knyaginya polyak patriarxal rahatlığı ilə masanı düzəltməkdə arvadı-
ma yardım edirdi. Bir dəfə musiqidən sonra ətrafımda incəsənətə meyilli adamlar
toplaşmışdı, yarısı stullarda, yarısı yerdə, döşəmənin üstündə oturmuşdular, on-
lara “Tristan və İzolda” və “Qaliblər”in mətnini oxumalıydım. Amma bizim kiçik
bayramların tacı oktyabrın 22-də, Listin ad günündə oldu. Bu tarixi knyaginya
böyük təmtəraqla qeyd etdi. Az qala bütün Sürix onun mənzilində toplaşmışdı.
Teleqrafla Veymardan Hofman fon Fallerslebenin şeiri gəlib çıxdı və knyaginya-
nın dəvəti ilə Herveq onu təəccüblü dərəcədə dəyişmiş səsi ilə təntənəli şəkildə
oxudu. Sonra Listin müşayiəti ilə mən xanım Geymlə birgə “Valkiriya”nın ikinci
pərdəsindən bir səhənəni ifa etdik. Bizim ifamız yaxşı təəssürat oyatdı. Doktor
Ville zarafat etdi ki, belə əsərləri pis ifada dinləmək istərdi: Ville virtuoz ifanın
onu aldadacağından ehtiyat edirdi. Bundan başqa, iki royalda Listin bəzi simfo-
nik əsərləri ifa edildi. Bayram naharı zamanı Haynrix Hayne ilə bağlı mübahisə
düşdü, List onun ünvanına kobud sözlər söylədi . Buna etiraz edən xanım Vezen-
donk soruşdu: o, düşünmürmü ki, bununla belə, şair kimi Haynenin əbədiyyət
məbədində həkk olunacaq? List dərhal cavab verdi: “Yazılacaq. Amma palçıqla”.
Təbii ki, bu sözlər qalmaqala səbəb oldu.
Təəssüf ki, Listin səpməsi üzündən bizim cəmiyyətin qanını qaraltdı. Bir
müddət ona yataqdan qalxmağa icazə vermədilər. O qalxanda, biz yenə “Reyn
qızılı” və “Valkiriya”nın partituralarının ifası üçün royalın arxasına keçdik. Knya-
ginya Mariya bizə diqqətlə qulaq asırdı və anlaşılması çətin yerlərdə başqalarına
köməyə gəlirdi.
65
Görünür, knyaginya Karolina da mənim “Nibelunqun üzüyü” “bədii intri-
qasının” əsl mahiyyətini, daha doğrusu, tanrıların taleyilə bağlı məqamı anlamaq
istəyirdi. Gözəl günlərin birində o məni
en particulier
Sürix professoru qismində
yanına dəvət etdi: ona bu məqamla bağlı izahat verməliydim. Xanımın mənim