Rixard Vaqner
Mənim həyatım
474
yaradıcılığımın zərif və mürəkkəb cəhətlərini aydınlaşdırmaq istədiyindən əmin
idim. Amma onun əsəri anlaması bir növ cəbri, riyazı xarakter daşıyırdı. Sonun-
da məlum oldu ki, mən, sanki, predmetlərin fransızların anladığı şəkildə intriqa-
ya əsaslanan yozumunu vermişəm. Knyaginyanın xarakterində zirəkliklə yanaşı,
zəriflik və xeyirxahlıq da vardı. Bir dəfə qeyd də elədim: “Daim sizin mühitinizdə
olsam, ekspansivliyiniz artıq ilk dörd həftədən sonra məni intihar həddinə çatdı-
rardı”. Cavabında o, səmimiyyətlə güldü. Onun qızında baş verən dəyişiklik məni
dərindən məyus etdi. Mariyanı görmədiyim üç il ərzində qız soluxmuşdu. Mariya
hələ də ona “qızım” deyə müraicət edə biləcəyim yaşda idi. Amma hansısa daxi-
li həyəcanlar onu vaxtında əvvəl qocaltmışdı. Yalnız hərdən, xüsusən də axşam
ziyafətləri zamanı nəsə onu maraqlandıranda qız əvvəlki kimi parlayır, təbiətinin
bütün cəlbedici tərəflərini göstərə bilirdi. Herveqin təşkil etdiyi bir uğurlu axşamı
xatırlayıram. List köhnə, xarab royalda ifa edirdi. Hətta bu ona ilham verirdi. Listin
o zaman ləzzətlə çəkdiyi kobud siqarlara da münasibəti eyni cür idi, o zərif sortları
sevmirdi. Dostum royalda hansısa improvizəsini çox gözəl ifa edirdi: bu, möcüzə
deyildi, musiqinin sehri idi. Amma bu günlər, mənim bədbəxtliyimdən, List
hədsiz əsəbi idi, öcəşkən idi, Ritterlə özünü göstərən bu münasibət bir neçə dəfə
özünü büruzə verdi. O, xüsusən də knyaginyanın yanında Höte barədə kəskin da-
nışırdı. Xarakteri barədə yüksək fikirdə olmadığı Eqmont (
o, Alba hersoqu tərəfindən
aldanmasına imkan vermişdi)
barədə fikir mübadiləsi az qala aramızda mübahisəyə
səbəb olacaqdı. Amma onu əsəbiləşdirmək olmazdı, bunu bildiyimdən, özü-
mü sakit apardım. Mübahisə predmetindən daha çox onun xarakterinin fiziolo-
ji xüsusiyyətlərinə, ovqatına diqqət yetirirdim. Bu zəmində bizim aramızda heç
bir qarşıdurma baş vermədi. Amma hiss edirdim ki, nə zamansa aramızda ciddi
münaqişə baş verəcək və bu, fəlakətli olacaq. Bu, məni təmkinli davranmağa vadar
edirdi, hərçənd, mənim çılğınlığım və əsəbiliyim dostlarıma yaxşı məlumdur.
66
Dostlarımla altı həftə Sürixdə qaldıqdan sonra, səkkiz günlüyə San-Qallenə
getdik, gənc musiqi direktoru Şadrovski bizi oradakı cəmiyyətin konsertinə dəvət
etmişdi.
Biz “
Zum Hecht”
mehmanxanasında qaldıq, knyaginya orada özünü ev
sahibəsi kimi aparırdı. O, arvadımla mənim özü ilə qonşu otaqda yerləşdiril-
məyimizə göstəriş verdi. Amma həmin axşamın bizim üçün xoşagəlməz fəsadları
oldu. Knyaginya əsəb tutmalarından əziyyət çəkirdi və onun əzablı qarabas-
malarını dağıtmaq üçün Mariya bütün gecəni ucadan qiraət etməli olurdu. Bu,
məni həyəcanlandırırdı və düşünürdüm ki, o, sakitliyə ehtiyacı olan dostlarına