475
Rixard Vaqner
Mənim həyatım
hörmətsizlik edir. Qonşular yerimizi tərk etdiyimizi anlasalar da, heç bir münasibət
bildirmədilər. Səhərisi Mariyanın gecəki həngamə barədə heç nə danışmaması,
özünü heç bir şey olmamış kimi göstərməsi məni çox təəccübləndirdi. Öyrəndim
ki, knyaginyanın yaxın ətrafı bu cür hallara vərdiş ediblər.
Tezliklə mehmanxana dəvətlilərlə dolmağa başladı. Herveq və doktor Ville
xanımları ilə gəldilər, Kirxner və başqaları özlərini yetirdilər. Sonunda “
Hecht
öz
səs-küyünə görə heç də “
Hotel Baur
dan geri qalmadı. Bütün bunlara, qeyd etdi-
yim kimi, Sen-Qallendəki Musiqi cəmiyyətinin maraqlı konsertləri səbəb olmuş-
du. List orkestrlə özünün “Orfey” və “Preludes” kompozisiyalarını məşq edirdi,
onun məharəti mənə əsl zövq verdi. Cüzi ifaçılarla o, bu əsərləri gözəl şəkildə, bö-
yük ruh yüksəkliyi ilə idarə etdi. Xüsusilə, onun okestr üçün bədii mükəmməlliklə
yazdığı “Orfey” pyesi məni sevindirdi. Daha əvvəl, onu ilk dəfə eşidəndə dərhal
bu əsəri Listin ən yaxşı kompozisiyaları siyahısına daxil etmişdim. Tamaşaçıların
isə “
Prelude
daha çox xoşuna gəldi, bu əsərin böyük bir hissəsi təkrar ifa olundu.
Mən Bethovenin “Qəhrəmanlıq simfoniyası ”na dirijorluq etdim və bunun əvəzini
ödəməli oldum: adətim üzrə, soyuqladım və sonra qızdırmadan əziyyət çəkməyə
başladım. Listə bu əsər çox dərin təsir etdi – məni yalnız onun fikri maraqlandı-
rırdı. O, mənim demək istədiyimi dəqiq tutmuşdu. Bu konsertdə bir-birimizin ifa
etdiyini həssaslıq və səmimiyyətlə dinləyirdik. Sonra bizi ziyafətə dəvət etdilər,
orada San-Qallenin nüfuzlu şəhər adamlarından ibarət natiqləri bir neçə gözəl və
ciddi nitq söylədilər. Orada bizim gəlişimizin onlar üçün nə qədər əhəmiyyətli
olduğu vurğulanırdı. Bir şair mənə mədhiyyə oxudu və mən həyəcanla ona, ciddi
şəkildə uzun-uzadı nitqlə cavab verdim. List o qədər həyəcanlı idi ki, “Loenqrin”in
San-Qallendə nümunəvi səhnələşdirilməsi münasibətilə badə qaldırdı və heç
kəs ona etiraz etmədi. Səhərisi, noyabrın 24-də biz San-Qallendəki əsas musiqi
azarkeşlərindən olan yerli zəngin tacirlərdən biri Buritin evində tənətənəli ziyafətə
dəvət olunduq. Təbii ki, List burada Bethovenin “B-dur” sonatasını ifa etdi, bun-
dan sonra Kirxner səmimi, amma özünəməxsus soyuq tərzdə bildirdi ki, biz müm-
künsüz olanı yaşadıq: eşitdiyimizə inanmaq mümkün deyil. Həmin gün Minna
ilə toyumuzun 20-ci ildönümü idi və dostlarım “Loenqrin”in toy musiqisinin
sədaları altında mehmanxananın müxtəlif otaqlarına təntənəli polonezə bənzər
yürüş təşkil etdilər.
San-Qallendə xoş vaxt keçirməyimizə rəğmən, mən evim, sakit, rahat
mənzilimüçün darıxırdım.Amma knyaginyanın xəstəliyi ListiAlmaniyaya səfərini
bir neçə günlük təxirə salmağa vadar etdi. Nəhayət, noyabrın 27-də qonaqlarımla
vidalaşıb, onları gəmi ilə Rorşaxa yola saldım. O zamandan bəri knyaginyanı və
qızını görmədim və bundan sonra da görəcəyimi güman etmirəm.