Rixard Vaqner
Mənim həyatım
476
67
Dostlarımı tərk etsəm də, onların taleyi üçün narahat idim. Knyaginya xəstə
idi, List isə çox yorğun görünürdü. Onlara birbaşa Veymara gedib, dincəlməyi
tövsiyyə etdim. Onların San-Qallendən uzun müddət Münhenə getdiklərini
eşidəndə təəccübləndim, orada onları yeni bədii-sənət həzləri və zadəgan əyləncələri
gözləyirdi. Anladmki, tövsiyyələrimbu cür ruhu olan adamlara təsir göstərə bilməz.
Sürixdəki mənzilimə qayıdanda yorğunluqdan, yuxusuzluqdan, soyuqdan əziyyət
çəkirdim. Qızıl yelin geri qayıdacağından narahat idim. Amma xoşbəxtlikdən,
səhərisi tamamilə sağlam oyandım, hər zaman dərin minnətdarlıqla xatıladığım
Vayyanın ünvanına təriflər yağdırdım. Tezliklə özümü çox yaxşı hiss etdiyimdən,
dekabrın əvvəllərində “Valkiriya” kompozisiyası ilə bağlı işə başladım.
Əvvəlki, zahiri baxımdan heç nə ilə fərqlənməyən həyatıma qayıtdım: iş,
uzun gəzinti, mütaliə, axşamlar köhnə dostlarlan kiminləsə söhbətlər. Listlə Ritte-
rin mübahisəsinin izləri hələ də məni məyus edirdi. Bir zamanlar mənə çox yaxın
olan gənc dostumu tamamilə gözdən itirmişdim. O, Sürixi qışda, mənimlə vida-
laşmamış tərk etmişdi.
1857-
ci ilin yanvar və fevral ayları ərzində karandaşla etdiyim qeydlərə
əsasən “Ziqfrid”in birinci pərdəsinin partiturasını tam bitirdim. Bunun ardın-
ca onun orkestr üçün uyğunlaşdıırlmasına başladım, eyni zamanda, Vayyanın
tövsiyyə etdiyi müalicə üsullarından istifadə edirdim, görünür, bu məsələdə də
çox uzağa getmişdim. Qızıl yel tutmasının yenidən başlayacağından qorxurdum,
bu səbəbdən də, hər səkkiz gündən bir tərqovucu vannalardan istifadə edir, hid-
ropatik sistem üzrə bədənimə soyuq, yaş dəsmal sürtürdüm. Müsbət effekt versə
də, bu cür müalicə məni fiziki baxımdan yorurdu, buna görə də, həkimin yazdığı
rejimi zəiflədə biləcəyim isti günlərin gəlməsini gözləyirdim.
Qonşularımın mənzilindən gələn səs-küy mənim üçün inanılmaz izti-
rab mənbəyi idi. Qatı nifrət bəslədiyim misgərdən başqa (
onunla hər həftədə bir
dəfə münasibət
aydınlaşdırmalı olurduq),
hər gün yeni-yeni royal səsləri eşidirdim.
Nəhayət, onlara qonşum cənab Ştokarın bazar günləri çaldığı fleytanın səsi də qo-
şulmuşdu. Amma mən özümə partitura üzərində işi bitirəcəyimlə bağlı söz ver-
mişdim. Bir gün uzun müddətdir Parisdə qalan dostlarım Vezendonklar qayıtdı-
lar və mənim üçün sevincli perspektivlər açdılar. Mənzil barədə arzularım artıq
həyata keçə bilərdi. Əvvəldən də Vezendonkun seçdiyim ərazidə mənim üçün
kiçik bir ev tikmək fikri vardı. Bədii mükəmməlliklə işlənmiş planlarımı memara
təqdim etdim. Amma torpaq üçün uyğun sahənin alınması böyük çətinliklər yarat-
dı. Gəzintilərim zamanı Sürix Gölü yaxınlığındakı
Enge
bölgəsini Ziltaldan ayıran
təpənin yamacında “
Lavaterhauschen”
adlanan bir kiçik evi gözaltılamışdım. Evin