477
Rixard Vaqner
Mənim həyatım
sahibi məşhur frenoloq idi, o, ara-sıra bura baş çəkirdi. Dostum Hagenbuxdan bü-
tün diplomatik istedadını işə salıb, ucuz qiymətə buradan bir neçə akr torpaq al-
maq üçün məlumat toplamağı xahiş etdim. Amma elə buradaca böyük çətinlik ya-
randı. Sahə müxtəlif sahibkarlara məxsus idi, onu əldə etmək üçün bir neçə şəxslə
razılaşmaq tələb olunurdu. Bu kədərli vəziyyəti Vezendonka izah etdim, onda bu
geniş ərazini alıb, orada öz ailəsi üçün imarət tikmək arzusu yaratdım. Kiçik bir
hissə isə mənə ayrılacaqdı. Rahatlığı və gözəlliyi ilə fərqlənməli olan imarətin ava-
danlığı və evin tikintisi onun bütün vaxtını aldı. Bundan başqa, o hesab edirdi
ki, eyni həyətdə yaxın qonşuluqda iki ailənin yaşaması zamanla müəyyən nara-
hatlıqlara səbəb ola bilər. Vezendonk onun imarətindən ensiz cığırla ayrılan kiçik
kənd evi tapdı. Bu ev mənim diqqətimi çoxdan çəkmişdi. Vezendonkun onu al-
maq niyyəti məni xeyli sevindirdi. Amma qeyri-adi ehtiyatla alqı-satqı danışıqları
aparan Vezendonk topraq sahibinin onu üçüncü şəxsə satdığını eşidəndə nara-
hat oldu. Xoşbəxtlikdən, alıcı Vezendonkun imarətinin yaxınlığında ruhu xəstələr
üçün ev tikmək istəyən bir psixiatr idi. Bu məlumatdan dəhşətə gələn Vezendonk
uzun danışıqlardan sonra həmin ərazini ala bildi. İldə səkkiz yüz frank ödəmək
şərtilə mənim üçün nəzərdə tutulmuş evdə məskunlaşa bilərdim.
68
Bütün diqqətimi evin yaz aylarından başlayan tikintisinə yönəltdim. Bu,
mənim üçün bir sıra çətinliklər yaratdı. Sobaları quraşdırmaq və mənzili qışa uy-
ğunlaşdırmaq lazım idi. Ev sahibi öz tərəfindən lazım gələn hər şeyi etsə də, arva-
dımladaimi qarşıdurmalar vəmənimmaddi sıxıntılarımüzündənbitməkbilməyən
xeyli xoşagəlməz problemlər yaranırdı. Zaman-zaman tale mənə xeyir xəbərlər
gətirirdi, sanqvnik temperamentli adamlarda bu, gələcəyə ümid aşılaya bilərdi.
Tanhauzer”in Berlində səhnələşdirilməsi ilə bağlı vəziyyət ürəkaçan olmasa da,
tamaşalar mənə yaxşı gəlir gətirirdi. Vyanada da necəsə əsərlərimlə maraqlanma-
ğa başlamışdılar. Saray teatrı əvvəlki kimi “Tanhauzer” barədə eşitmək istəmirdi,
məni əmin edirdilər ki, imperator sarayı Vyanada yerləşdiyi müddətdə mənim qi-
yamçı tamaşalarımın səhnələşdirilməsindən söhbət gedə bilməz. Belə bir şəraitdə
Josefstadter
teatrının direktoru Hofman
(
o, bir
zamanlar Riqada direktor olmuşdu
)
məhz bu məqsədlə dəvət olunmuş truppanın köməyi ilə özünün şəhər kənarında
tikdirdiyi Lerhenfeldt yay binasında “Tanhauzer”i səhnələşdirməyə qərar verdi.
O, hər tamaşa üçün mənə yüz franklıq tantyem təklif edirdi. Məsələdən xəbərdar
etdiyim List bu teatrın nüfuzunu şübhəli hesab edirdi. Mən Listə yazdım ki, öz
həmvətənlərininnotabl yığıncağına seçilməyənvəözünüMarsel sakinlərinə“Marc-
hand de drap” qismində təqdim edən Mirabo kimi hərəkət etmək niyyətindəyəm.