Rixard Vaqner
Mənim həyatım
478
Müqayisəm Listin xoşuna gəldi və yay teatrının direktorunun cəhdləri sayəsində
Tanhauzer”, həqiqətən də, Avstriya imperatorunun iqamətgahında tamaşaya qo-
yuldu. Opera tamaşası barədə ən qəribə şeylər danışırdılar. Vyanaya səfər edərkən
bu tamaşaya baxan Zultser zalın qaranlığından, librettonu oxuyacaq imkanının
olmamasından, hətta damdan yağış damcılarının dammasından gileylənirdi. Bir
neçə il sonra bəstəkar Heroldun dul qadınının kürəkənindən tamam başqa rəy
eşitdim, o, toy səyahəti zamanı Vyananı və Lerhenfeldtdəki teatrı ziyarət etmişdi.
Onun sözlərinə görə, bütün qüsurlarına rəğmən, Vyana tamaşası bədii cəhətdən
yüksək səviyyədə keçib və onda “Tanhauzer”in sonradan gördüyü xeyli uğursuz
Berlin quruluşundan daha sevincli təəssürat yaradıb. Keçmiş riqalı direktorun cid-
di təbliğatı sayəsində “Tanhauzer”in iyirmi tamaşasından 2000 frank qazandım.
Tamaşaçılar arasında məşhurluğumun şübhəsiz göstəricisi olan belə gözlənilməz
uğurdan sonra gələcək tamaşalardan yaxşı gəlir götürmək ümidlərilə bağlı nikbin-
liyimi bağışlamaq olardı.
69
Evin tikintisi və “Ziqfrid”in orkestrə uyğunlaşdırılması ilə bağlı qayğılara
rəğmən, yenidən Şopenhauer fəlsəfəsini öyrənməyə və Valter Skottun romanla-
rını xüsusi maraqla oxumağa başladım. Bundan başqa, Listin bəstələri barədə
fikirlərimi ciddi şəkildə yazıya köçürməklə məşğul idim. Bunun üçün Mariya
Vittgenşteynə məktub formasını seçdim. Məqaləni Brendelin “Musiqi qəzeti”ndə
dərc etdirdim.
Yeni və sonuncu (
o zaman belə düşünürdüm
)
məskənimə köçmək vaxtı ya-
xınlaşanda maddi durumumu düzəltmək barədə düşünməyə başladım. “Nibe-
lunqun üzüyü” ilə bağlı bir daha Hertellərlə danışıqlar apardım. Amma firma
sahibləri təkliflərimə çox soyuq və həvəssiz cavab verdilər. Listə məktubumda
bundan şikayətləndim. Bildridim ki, bunları böyük Veymar hersoqunun diqqətinə
çatdıracağam. Dostumun sözlərinə görə, o, hələ də özünü “Nibelunqlar”la bağ-
lı əsərimin himayəçisi hesab edir, naşirlərlə çətinlikləri yoluna qoymağı boynu-
na götürürdü. Böyük maliyyə vəsaitlərinə malik olmayan firmanın, bu cür əsərin
nəşrini, çətin ki, öz üzərinə götürəcəyini diqqətə çatdırırdım. Bu səbəbdən də, bil-
dirirdim ki, ideyamın gerçəkləşdirilməsinə yardım etməyi özünə şərəf hesab edən
hersoqdan kömək isməyim təbiidir. Onun bu işlə bağlı əngəlləri aradan qaldırmaq
qayğısını öz üzərinə götürəcəyini gözləyirdim. Hesroqun Hertelin əvəzinə parti-
turalarımı məndən satın almasını və gələcəkdəki uğurlarıma görə məni qonorarla
mükafatlandırmasını istəyirdim. Beləliklə,o, “Nibelunqlar”ın sahibi sayılacaq və
sonradan öz hüquqlarını hansısa naşirə sataraq xərclədiyi məbləği geri qaytara