479
Rixard Vaqner
Mənim həyatım
biləcəkdi. List məni anlasa da, ümidlərimi kral həzrətlərinin nəzərinə çatdırmağı
lazım bilməmişdi.
Əvəzində, böyük Baden hersoginyası mənimlə maraqlandı. Hələ bir neçə
il əvvəl Baden hersoqu
Karlsrue
dəki saray teatrının direktoru vəzifəsinə Eduard
Devrieni dəvət etmişdi. Drezdendən mühacirət edəndən bəri onunla daimi (
bəzən
fasilələr
olsa da
)
əlaqə saxlayırdım. Məktublarının birində o, mənim “Gələcəyin
incəsənəti” və “Opera və dram” əsərlərimə xeyli tərifli rəy bildirmişdi.
Karlsrue
teatrı barədə o yazırdı ki, bu müəssisənin olan yaradıcı qüvvəsi mənim operala-
rımı səhnələşdirmək üçün yetərsizdir. Amma hersoq Prussiya şahzadəsinin qızı
ilə evləndikdən sonra vəziyyət mənim xeyrimə dəyişdi. Gənc hersoginya köhnə
tanışı Alvina Fromman sayəsində mənim əsərlərimlə yaxşı tanış idi. O, müstəqil
mövqe tutduqdan sonra yerli teatrın səhnəsində bu əsərlərin ifa olunmasını
inadla tələb etməyə başladı. Həqiqətən də, operalarım səhnələşdirilməyə başla-
dı. Devriendən öyrəndim ki, hersoginya musiqimə böyük maraq göstərir, hətta
əsərlərimin məşqlərində iştirak edir. Bütün bunlar məni sevindirirdi. Xüsusi za-
hiri əsas olmadan hersoginyaya minnətdarlıq məktubu yazdım və oraya onun al-
bomuna hədiyyə qismində “Valkiriya”nın yekun səhnəsi olan “Votanın vidası”nı
əlavə etdim.
70
Aprelin 20-si yetişdi, artıq istər-istəməz “
am Zeltwege
dəki mənzilimi tərk
etməliydim, onu artıq başqasına kirayəyə vermişdilər. Amma mənim evim hələ
hazır deyildi. Soyuq havada fəhlələrin yöndəmsizcəsinə hazırladıqları evi ziyarət
edərkən xəstələndik. Təlx ovqatda bir həftəliyə mehmanxanada yerləşdik. Yeni
evə köçüb-köçməmək barədə düşünməyə başladım: qəfildən məndə belə bir hiss
yarandı ki, bu evi də tərk etməli olacağam. Amma hər şeyə rəğmən, aprelin sonla-
rında mehmanxananı tərk etdik.
Ev soyuq və nəmişlik idi, təzə sobalar otaqları qızdırmırdı. Mən də, Min-
na da soyuqladıq və yatağa düşməyə məcbur olduq. Əvəzində, xanım Yuliya
Ritterdən səmimi məktub aldım, o, oğlunun ədəbsizliyindən doğan qarşılıqlı so-
yuqluğu unutmağı xahiş edirdi. Bu, yaxşı əlamət idi. Tezliklə gözəl yaz günləri
başladı. Ehtiraslı Cümə günü (
İsanın çarmıxa çəkildiyi gün – red.)
ilk dəfə mən yeni
evimdə günəş şüalarının parlaq işığına oyandım. Bağçada ağaclar çiçək açmışdı,
quşlar oxuyurdu. Uzun müddətdir həsrətində olduğum əsrarəngiz sakitlikdən
zövq qalmaq üçün ilk dəfə eyvana çıxdım. Belə bir ovqatda bu gün İsanın çarmıxa
çəkildiyini xatırladım.
Parsifal
da Volframın bu günə həsr olunmuş şeirlərindən
necə təsirləndiyim yadıma düşdü. “Meysterzingerlər” və “Loenqrin”in ideyaları-