Rixard Vaqner
Mənim həyatım
480
nın ilk dəfə ağlıma gəldiyi Marienbad dövründən bəri heç zaman bu mövzuya qa-
yıtmamışdım. İndi Volframın sözlərinin ideal mənasını anladım və onun bu günlə
bağlı fikirlərindən çıxış edərək, qısa bir zamanda üç pərdədən ibarət yeni dramın
layihəsini cızdım.
Evin avadanlığı hazır deyildi, bu məsələ yenə mənim bütün diqqətimi
çəksə də, bununla belə, musiqi işi məni daha çox cəlb edirdi. Yenidən “Ziqfrid”
üzərində çalışmağa başladım və ikinci pərdənin kompozisiyasına girişdim. Yeni
kəşf etdiyim sığınacağı – evimi necə adlandıracağımı bilmirdim, “Ziqfrid”in ikinci
pərdəsinə uğurlu giriş yazandan sonra ovqatım dəyişdi və yaxşı əhval-ruhiyyənin
diqtəsi altında onu əsərə uyğun olaraq, “Fafnerin sığınacağı” adlandırdım. Qeyri-
ixtiyari güldüm. Amma evimi, sadəcə, “Sığınacaq” adlandırdım. Bu adı əsərimin
son səhifəsindəki dəqiq tarixlə yanaşı qeyd etdim.
71
Böyük Veymar hersoquna olan ümidlərimin iflasa uğraması məni çox
məyus etdi: qarşıda çətinliklər görürdüm və onlarla necə mübarizə aparacağımı
bilmirdim. Digər tərəfdən, mənə inanılmaz təklif gəldi. Gözəl günlərin birində ya-
nıma Ferreyro soyadlı adam gəldi, o, özünü Leypsiqdəki Braziliya konsulu kimi
təqdim etdi. Bu şəxs Braziliya kralının mənim musiqimlə xüsusi maraqlandığı-
nı bildirməyə gəlmişdi. Bu məsələ ilə bağlı şübhələrimi izhar edəndə, o mənim
inamsızlığıma mənim üçün xoş olan bir formada son qoydu. Onun sözlərinə görə,
kral almanlara rəğbət bəsləyir və məni
Rio-de-Janeyro
da görmək istəyir. Krala
operalarımı öz dirijorluğum altında eşitmək xoş olardı. Bunun üçün mətnlərimi
italyancaya çevirmək lazımdır, çünki orada yalnız İtaliya operası mövcuddur. Bu
isə, onun fikrincə, xüsusi çətinlik doğurmayacaq və mənim xeyrimə olacaq. Nə
qədər qəribə olsa da, onun mülahizələri xoş təəssürat oyatdı və məndə italyan
dilinin xarakterinə uyğun ehtirasla zəngin musiqili poema yazmaq istəyi yarandı.
Yenə beynimdə “Tristan və İzolda” barədə fikir canlandı: bu ideya məni getdikcə
daha çox cəlb edirdi. Ferreyronun Braziliya kralının mənə xoş münasibəti ilə bağ-
lı söylədiklərinə əmin olmaq üçün ona ilk üç operamın nəfis cilddə klaviraus-
suqlarını göndərdim və uzun müddət
Rio-de-Janeyro
dan xoş sürpriz və hədiyyə
gözlədim. Amma bir daha Ferreyro və Braziliya kralı barədə heç nə eşitmədim.
Bircə onu öyrəndim ki, Semperin də memarlıq planları zəminində bu tropik ölkə
ilə bağlı hansısa çətinlikləri olub.
Rio-de-Janeyro
da opera teatrının tikintisi ilə bağlı
müsabiqə elan olunmuşdu və Semper orada iştirak etmək niyyətini bildirmişdi.
O, binanın gözəl layihəsini hazırlamışdı, bunlar qızğın danışıqlar üçün mövzu-
ya çevrildi. Doktor Ville bu layihə ilə xüsusi maraqlanırdı, qaradərililər üçün bu