481
Rixard Vaqner
Mənim həyatım
teatr layihəsi memar üçün qarşıya yeni vəzifələr qoyurdu. Bilmirəm, Braziliya ilə
əlaqələr Semper üçün mənim Ferreyro ilə danışıqlarımdan daha səmərəli nəticə
verdi, ya yox, amma hər halda, o,
Rio-de-Janeyro
da teatr tikmədi.
72
Güclü soyuqdəymə nəticəsində hərarətim qalxdı. Ad günümdə yenidən
yataqdan qalxdım. Axşam eyvana çıxanda yaxınlıqdan “Reyn qızılı”ndakı son
səhnədə Reynin öz qızının nəğməsini eşidib heyrətləndim. Səs bağımın hasarı
tərəfdən gəlirdi. Oxuyan xanım Pollert idi – bir zaman onun ailə dramı Maqde-
burqda “Sevgi qadağası” əsərinin yenidın tamaşaya qoyulmasına mane olmuşdu
(
onsuz da bu əsərin tamaşaya qoyulması ilə bağlı çətinliklər vardı). O, iki qızı ilə
Sürix teatrının üfüqlərində görünməyə başlamışdı və bütün qışı burada keçirmiş-
di. Xanım Pollert ifaçı kimi fəaliyyətinə davam edirdi və öz gözəl səsini hələ də
qoruyub saxlayırdı. Göstərişlərimə tabe olmağa hazır olduğunu bildiyimdən, ona
Valkiriya”nın sonuncu pərdəsini öyrənməyi təklif etdim. Bundan başqa, qızla-
rı ilə birgə “Reyn qızılı”ndan Reyn qızlarının səhnəsini ifa etməyi məsləhət gör-
düm. Bu gün, mənim doğum günümdə dostların mahnısı məni riqqətə gətirdi və
qəfildən “Nibelunqlar” üzərində işi davam etdirmək həvəsim qəribə şəkildə qeyb
oldu. Məni hansısa ehtiras “Tristan”a çəkirdi, dərhal onun bəstəsinə başlamaq
istəyirdim. Çoxdankı arzumu gerçəkləşdirməyi – yeni mövzuya başlamağı qərara
aldım. Düşünürdüm ki, bu, fikrimi yalnız qısa bir müddət üçün “Nibelunqlar”ın
mürəkkəb kompozisyasından yayındırar. Amma özümü işi bezdiyim üçün yarı-
da saxladığıma inandırmaq istəyirdim. Bu səbəbdən, “Ziqfrid”in yeni başladığım
ikinci pərdəsini bitirməyə qərar verdim. Onu yaxşı ovqatda başa çatdırdım. Amma
qəlbimdə “Tristan”ın obrazları getdikcə daha dəqiq canlanırdı.
Yeni ideyanı mənim üçün cəlbedici və sərfəli edən sırf zahiri şərtlər
əhəmiyyətli dərəcədə “Tristan”ın yaradılmasına təkan verdi. Eduard Devrien iyu-
lun ortalarında məni ziyarətə gəldi və yanımda üç gün qaldı: o zaman bu motivlər
tam yetişmişdi. O bildirdi ki, məktubum Baden hersoginyasında xoş təəssürat ya-
radıb. Mənə elə gəlirdi ki, Devrien hansısa yeni əsərimlə bağlı danışıqlar aparmaq
tapşırığı alıb. Ona “Nibelunqlar”la bağlı işimi yarımçıq qoyub, yeni əsər yazmağa
hazır olduğumu bildirdim: bu yeni əsər həcminə və səhnə tələblərinə görə müasir
teatrda olduğu kimi tamaşaya qoyulmaq üçün nəzərdə tutulub. Amma “Tristan”ı
yazmağaməni yalnız zahiri şərtlərin vadar etdiyini desəm, özümə qarşı ədalətsizlik
etmiş olardım. İstənilən halda, bir neçə il öncə “Nibelunqlar”silsiləsinə başladığım
andakı ovqatımda ciddi dəyişiklik baş vermişdi. O zaman nəzəri işlərimi yenicə bi-
tirmişdim, bu nəzəri işlərdə bizim rəsmi sənətin, xüsusən də, teatrın tənəzzülünün